Icma.az
close
up
RU
AİB nin yeni Ölkə Tərəfdaşlığı Strategiyası layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

AİB nin yeni Ölkə Tərəfdaşlığı Strategiyası layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 iyun, AZƏRTAC

Maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yinqminq Yanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə AİB arasında uzunmüddətli əməkdaşlıq və bank tərəfindən ölkəmizin inkişaf hədəflərinə verilən davamlı dəstək yüksək qiymətləndirilib, bu əməkdaşlığın səmərəli şəkildə əlaqələndirilməsində və milli prioritetlərin müəyyənləşdirilməsində AİB-nin Bakı nümayəndəliyinin rolu qeyd olunub.

Görüşdə AİB-nin 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlığı Strategiyası layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. Həmçinin Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı, Bakı Metropoliteninin genişləndirilməsi, içməli su təchizatının yaxşılaşdırılması, su itkilərinin azaldılması və tullantı sularının idarə olunması, bərpaolunan enerji sahələrində əməkdaşlıq imkanları, eləcə də Şimal-Cənub və Orta Dəhliz nəqliyyat dəhlizləri boyunca logistika və nəqliyyat infrastrukturunun modernləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

Vitse-prezident Y.Yanq Azərbaycanın AİB-nin yoxsulluğun azaldılması və həyat keyfiyyətinin artırılması məqsədilə əsasən aşağıgəlirli üzv ölkələrə maliyyə yardımı göstərən Asiya İnkişaf Fonduna (AİF) verdiyi dəstəyi yüksək qiymətləndirib.

Nazir S.Babayev “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun olaraq dövlət borcunun idarə olunmasında dayanıqlılığın təmin edilməsi və iqtisadi sabitliyin qorunması istiqamətində həyata keçirilən tədbirlər, habelə bugünlərdə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması istiqamətində görüləcək tədbirlər barədə qonağı məlumatlandırıb, işğaldan azad edilən ərazilərdə məşğulluğun inkişafında AİB-nin mühüm rol oynaya biləcəyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri