Icma.az
close
up
RU
“AİD Group”un rəhbəri Nigar Fərhadı HANSI CƏZA GÖZLƏYİR?

“AİD Group”un rəhbəri Nigar Fərhadı HANSI CƏZA GÖZLƏYİR?

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər veridiyimiz kimi, Nigar Fərhad Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hazırda onun barəsində araşdırma aparılır.

Məlumata əsasən, Nigar Fərhad xaricdə təhsil xidmətləri göstərən “AİD Group” adı ilə fəaliyyət göstərib. Onun müxtəlif vətəndaşlardan xaricdə təhsil almaqla bağlı xidmətlərin göstərilməsi və digər məsələlərlə bağlı pul aldığı iddia olunur. Bildirilir ki, daxil olan şikayətlər əsasında məsələ hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb və faktla bağlı araşdırma başlanılıb. Aparılan araşdırma çərçivəsində Nigar Fərhadın hərəkətlərinə hüquqi qiymət verilməsi, vətəndaşlardan pul alması ilə bağlı iddiaların araşdırılması və mümkün zərərçəkmiş şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Hazırda cinayət işi üzrə istintaq və araşdırma tədbirlərinin davam etdiyi bildirilir.

Hüquqşünas Müşfiq Abbasov bu barədə Bakıvaxtı.az-a açıqlamasında  bildirib ki, Nigar Fərhad Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilər: 

"Bu maddələr qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluğa aiddir. Həmin maddənin sanksiyasında 4 min manatdan 7 min manatadək cərimə, 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Adətən ziyan ödənilməyəndə məhkəmə real cəza verir. Yəni görürsən ki, 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğuna görə, ziyan ödənilmədikdə 3 il yarım, 4 il azadlıqdan məhrumetmə cəzası verilir. Amma ziyan ödənilsə, zərərçəkənlərin şikayəti olmasa və vurulmuş ziyanın məbləğinin 25 faizi dövlət nəfinə ödənilsə, ziyan tam ödənildiyinə və dövlət nəfinə də 25 faiz ödəniş edildiyinə görə cinayət işinə xitam verilir. İstər məhkəmədə, istərsə də istintaqda. Əsas məsələ burada zərərçəkənlərin ziyanının ödənilməsidir".

Günəş Mərd 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Avqust 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri