Icma.az
close
up
RU
Həbs olunan “Melissa Group”un rəhbərini hansı cəza gözləyir? Hüquqşünas açıqladı

Həbs olunan “Melissa Group”un rəhbərini hansı cəza gözləyir? Hüquqşünas açıqladı

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda tanınmış iş adamı, “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov saxlanıldı. Qalib Məmmədov dünən axşam saatlarında Yasamal rayonunda baş verən qanunsuz və qəddar ev söküntüsü faktı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Martın 27-də baş verən “vandal söküntü” işlərindən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçiriblər. Məlum olub ki, “Meliss Park” rəsmiləri vətəndaşın mülkiyyətini heç bir məhkəmə qərarı olmadan, söküntü işləri üçün müvafiq icazə olmadan aparıblar. Görülən işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edilib. Bundan sonra, “Melissa Group”un sahibi Qalib Məmmədovun saxlanılması qərarı verilib.

Onun rəhbərlik etdiyi şirkətin Yasamalda kompensasiya ödənilmədən və hüquqi razılaşma olmadan, içərisində hələ də sakinlər yaşayan yaşayış binasını sökməsi faktı ictimaiyyətdə dərin narazılıq doğurub. Vətəndaşların mülkiyyət hüququ açıq-aşkar, ciddi şəkildə pozulduğu göz önündədir. Hadisə “vandal söküntü” kimi qiymətləndirilir və ictimai rezonans doğurub. Qalib Məmmədovun əməllərinə hüquqi qiymət verilməsi üçün artıq cinayət işi açıldığı ehtimal olunur. Məsələ ictimaiyyətin və medianın diqqət mərkəzindədir. Hüquq-mühafizə orqanları bildiriblər ki, araşdırmalar davam edir və hadisənin bütün iştirakçıları məsuliyyətə cəlb olunacaq.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, “Melissa Group” rəsmilərinin törətdiyi əməl birmənalı cinayətdir və hüquq mühafizə orqanlarının reaksiyası da adekvatdır: “Son zamanlar tikinti şirkətlərinin özbaşınalığı halları artıb. Halbuki onlara görəcəkləri işlər üçün icazə veriləndə, vətəndaşların köçürülməsi, onlara ədalətli kompensasiyanın verilməsi xüsusi olaraq tapşırılır. Buna baxmayaraq, tikinti şirkətləri rəsmiləri bütün əndazələri aşan qanunsuzluğa getməkdən çəkinmirlər. “Pulumu vermişəm, ərazini almışam” düşüncəsi bu adamların gözlərini tutur. Ərazidəki vətəndaşların mülkiyyət hüquqlarına açıq-aşkar qəsd halları var. Azərbaycan məhkəmələrində, xüsusilə Bakı şəhərində tikinti şirkətlərinin qanunsuzluqlarını əhatə edən minlərlə məhkəmə çəkişmələri var. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi və Mülki Məcəllə vətəndaşlarının hüquqlarının qarantıdır. Hətta ev qeyri-qanuni tikili olsa belə orada yaşayan şəxslər çıxarılmadan, təxliyə prosesi araşdırılmadan, vətəndaşlara məlumat verilmədən heç bir söküntü aparıla bilməz”.

Natiq Ələsgərov deyib ki, Yasamalda “at oynadan” təkcə “Melissa Group” rəsmiləri deyil: “Hazırda Bakının köhnə məhəllələrinin yenilənməsi prosesi gedir. Lakin çox təəssüf ki, bu işləri icra edən tikinti şirkətləri vətəndaşların mülkiyyət hüquqlarına qarşı cinayətlər törətməkdən çəkinmirlər. Məsələn, “Vialon” MMC tikinti şirkətinin rəsmiləri də Yasamalda, Ağadadaş Qurbanov küçəsi ev 23-də “Melissa Group” rəsmilərindən geri qalmayan hərəkətlərə yol veriblər. Təsəvvür edin ki, vətəndaş Ramin Ağayevin mülkiyyəti yaşayış olduğu bir vaxtda ekskavatorla sökülüb.
Halbuki Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu “Vialon” MMC-yə həmin ünvanda söküntü işlərinin dayandırılması göstərişi verib. MMC rəsmiləri isə bu xəbərdarlığa məhəl qoymurlar. Məhkəmələr də belə halların qarşısını almaq üçün kəsərli qərarlar vermir. Belə qərarlar iş işdən keçəndən sonra verilir. Tikinti şirkəti vətəndaşın mülkiyyətini qazsız, elektriksiz, yolsuz, kanalizasiyasız və digər zəruri kommunal xidmətlərdən məhrum edir. Bu yolla vətəndaşı mülkiyyətini dəyər-dəyməzə tikinti şirkətinə satmağa məcbur edirlər. Bunan sonra məhkəmə söküntü işlərinin dayandırılması qərarı verir. O qərar da heç kimə lazım olmur. Və ya məhkəmə qərarına tikinti şirkətləri məhəl qoymurlar. Bu kimi hallar məbuatda kifayət qədər işıqlandırılır. Çox təəssüf ki, tikinti şirkətlərinin qanunsuzluqlarını durdurmaq mümkün olmur. “Vialon” MMC-nin “Kubinka”da törətdiyi qanunsuzluqlar “Melissa Group”un törətdiklərindən geri qalmır. Vətənaşların mülkiyyətləri ilə yanaşı ekoloji cinayətlər də törədirlər. Ərazidəki yaşıllıqları da məhv edirlər”.
Natiq Ələsgərov deyib ki, İnzibati Xətalar Məcəlləsinə görə, Yasamalda “Melissa Group” rəsmilərinin törətdiyi qanunsuzluqlar cinayət məsuliyyəti yaradır: “Ortada hər hansı bir hüquqi əsas olmadan mülkiyyətə müdaxilə göz önündədir. Ekskavatorun sürücüsü heç bir zaman özbaşına kiminsə mülkünü dağıtmaz. Ona göstəriş verən iş icraçısıdır. Bəs iş icraçısına belə bir qanunsuzluğa getməsi üçün göstərişi kim verib? Bu göstərişi Qalib Məmmədov verib-verməyib, bunun əhəmiyyəti yoxdur. Qalib Məmmədov şirkətin 1 nömrəli cavabdeh şəxsidir və işlərin qanunlar çərçivəsində görülməsinə də cavabdeh birbaşa odur. Mülkiyyətə qəsd böyük bir cinayətdir və 1 ekskavatorçu, iş icraçısı belə asanlıqla vətəndaşın evini başına uçura bilməz. Qalib Məmmədov da gedib onların yanında oturdulmalı, ona yeri göstərilməlidir ki, digər tikinti şirkətlərinin sahibləri özbaşınalıqlara son qoysunlar!”

Natiq Ələsgərov deyib ki, törədilən hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Əmlakı qəsdən məhv etmə və ya zədələmə (186) maddəsinə tövsif olunan əməllərdir: “Ortada qəsdən, mülkdə yaşayış ola-ola və bunu bilə-bilə ekskovatorla dağıtma əməli var. Bu, ümumi təhlükəli üsuldur. Əgər insan həyatına təhlükə yaranırsa, şəxsiyyət əleyhinə cinayət də sayılır. Yaşayış binasının içərisində insan olduğu üçün bu, həm də xüsusi təhlükəli əməl sayılır. Bu isə 186-cı maddənin 2.2-ci bəndi ilə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilmiş əməl kimi tövsif oluna bilər. Belə əməllər 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Natiq Ələsgərov deyib ki, qanunla heç bir vətəndaş, ailə evindən çıxmırsa, onu zorla çıxara bilməzlər. Söküntü işləri məhkəmə qərarı ilə başlaya bilər. Lakin yenə də təxliyə işləri aparılmadan heç bir söküntü aparmaq olmaz. Vətəndaşlar Baş Prokurorluğa, Ombudsman Aparatına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, FHN-ə və polisə şikayət edə bilərlər. Bu hadisə bir daha göstərdi ki, vətəndaş hüquqlarını pozan və özbaşına addımlar atan heç bir sahibkara güzəşt olunmayacaq. Qanun hamı üçün eynidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:289
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Mart 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri