Aila avto qəzadan sonra ilk layihəsini təqdim etdi
Olay.az saytına istinadən Icma.az xəbər verir.
Ağır avto-qəza keçirdikdən sonra yerimə qabiliyyətini itirən müğənni Aila Rai yeni mahnısını təqdim edib.
OLAY yazır ki, Aila “Xatirələrim” adlı layihəsini təqdim edərək bunları yazıb:
“"Xatirələrim" adlı yeni mahnım və klipim artıq YouTube-da yayımdadır. Bəzən həyat səni elə bir yerə gətirir ki, nə danışmağa sözün qalır, nə də ağlamağa gücün... Mən o yerdən keçdim. 1 ildən çoxdur ki, içimdə səssiz bir mübarizə gedirdi. Avto-qəza sadəcə bir hadisə deyildi həyatımın ən ağır
sınağı idi. Hər şeyin bitdiyini düşündüyüm anlar oldu... amma sizin dualarınız, bir "yanındayıq" sözünüz məni qaranlıqdan çəkib çıxardı. Bu gün isə qarşınızdayam... səsimlə, klipimlə, ürəyimlə. Bu sadəcə bir mahnı deyil yaşadıqlarımın səsi, susduqlarımın qışqırığıdır. Əgər bu gün ayaqdayamsa, bu sizin sayənizdədir. Mənə inanan, məni unutmayan hər kəsə minnətdaram. Bəzən bir insanı yaşadan şey... başqa insanların sevgisi olur. Sizi çox sevirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 11 Aprel 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















