Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Ailə büdcəsi nədir və nə üçün lazımdır?

Ailə büdcəsi nədir və nə üçün lazımdır?

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Ailə büdcəsi gəlir və xərclərinizi tənzimləmək, nizama salmaq üçün tutulan plandır. Maliyyə uğurunuzun yarısı onu nə qədər düzgün tərtib etdiyinizdən asılıdır. Qalanı isə iradə gücüdür. Bu, təkcə büdcə yaratmaq deyil, həm də ona ciddi və diqqətlə riayət etmək deməkdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2021-ci ildə apardığı araşdırmaya görə, Azərbaycan əhalisinin təxminən böyük əksəriyyəti öz gəlir və xərclərinin hesabını aparmır, vətəndaşlarımızın 50 faizi isə nə qədər pul alıb, nə qədər xərclədiyini belə bilmir.

Redaktor.az xəbər verir ki, ailə büdcəsinin tərtibi və saxlanması sizə təkcə gəlir və xərclərinizi nəzarətdə saxlamağa deyil, həm də ailə kapitalınızı artırmağa və planlaşdırdığınız məqsədə çatmağa imkan verir. Bu, hər bir ailə üzvünün iştirakının vacib olduğu birgə səydir. Övladlarınıza bunu öyrətməklə siz onlara öz şəxsi büdcələrini idarə etmək üçün nümunə verəcəksiniz. Bu zaman ailənin gəlir və xərclərinin ümumi hesabı aparacaq bir ailə üzvünün təyin edilməsi rahatdır. Digərləri isə mütəmadi olaraq ona nə qədər pulun hara xərcləndiyi barədə hesabat verməlidirlər.

Ailə büdcəsini tərtib etməyə başlamazdan əvvəl mövcud maliyyə vəziyyətinizi ətraflı öyrənməyə dəyər. Ailənizin ayda nə qədər gəlir əldə etdiyini və hansı hissəsinin xərclərə getdiyini dəqiqlə və dürüst hesablamalı olacaqsınız. Bunun üçün ay ərzində əldə edilən bütün gəlirləri, həmçinin ailə üzvlərinin 1 manata qədər olan xərclərini qeyd etmək lazımdır. Bu, növbəti ay üçün ailə büdcənizi planlaşdırmağı asanlaşdıracaq və proqnozlarınızda maksimum dəqiqliyə nail olmağa kömək edəcək.

Əgər kiçik biznesiniz varsa, biznes ailə gəlirinin yeganə mənbəyi olmadığı halda, ailə büdcəsi ilə biznes büdcəsini qarışdırmağı məsləhət görmürük. Onlar ayrıca saxlanılmalıdır, çünki bu, ailə büdcəsinin biznesdən ayrı aydın mənzərəsini görmək üçün yeganə yoldur.

Məsələn, ailə büdcəsinin gəlir hissəsinə biznesinizdən əldə edilən mənfəəti, xərclər hissəsinə isə avadanlıqların alınması xərclərini daxil etməməlisiniz. Biznesdən yalnız ailə büdcəsinə daxil olan hissəni (əgər varsa) ailə büdcəsinə daxil etmək olar.

Bütün cari gəlirləriniz və xərcləriniz haqqında aydın təsəvvür əldə etdikdən sonra gələcək üçün pulun necə bölüşdürülməsi aydın olacaq ki, hər şey üçün kifayət etsin. Ancaq unutmayın ki, büdcə ilə bağlı əsas şərt onu müntəzəm olaraq yazaraq doldurmaqdır. Bunun üçün bir neçə vasitədən istifadə edə bilərsiniz - adi notebookda, telefonunuzda, kompüterinizdə xüsusi proqramla, Excel cədvəli və ya adi dəftərdən yararlana bilərsiniz.

Bir ay, bir il və bir neçə il üçün ailə büdcəsi planı tərtib etmək tövsiyə olunur.

Ailə büdcəsinin əsas elementləri gəlir və xərclərdir. Gəlir büdcənizə daxil olan hər cür pul vəsaitidir. Bu, bütün ailə üzvlərinin maaşları, pul hədiyyələri, daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlər və s. ola bilər. İstəsiniz, gəliri qazanan ailə üzvlərinin gəlirlərini aşağıdakı iki kateqoriyaya görə təsnif edə bilərsiniz:

daimi gəlir - əmək haqqı, daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlir və s.;

dəyişən gəlir - biznesdən gəlir, əlavə qazanc, pul hədiyyələri və s.

Büdcənin ikinci komponenti xərclərdir, yəni sizin xərclərinizdir. Xərclərin təsnifatına daha çox diqqət yetirilməlidir, çünki əksər hallarda xərclər hissəsi bir çox maddələrə bölünür. Xərc maddələriniz nə qədər təfərrüatlı olsa, maliyyə mənzərəniz bir o qədər aydın olar.

Bir ay üçün ailə büdcəsi planının təxmini strukturu dəqiq müəyyən edilməli və bu istiqamətdə strategiya seçilməlidir.

Nəhayət, qazandığınız bütün pulları xərcləmək yaxşı strategiya deyil. Siz lazımsız xərcləri müəyyənləşdirib azaltmağı, həmçinin ehtiyatlar yaratmağı və pulunuzu maliyyə alətlərinə yatırmağı öyrənməlisiniz.

Büdcə tərtib edərkən ailənin məqsədinə (arzusuna) çatmaq üçün qənaət etməyi və “təhlükəsizlik yastığı” yaratmaq üçün büdcənin xərclər bölməsində ayrıca sətirlər qoymağı unutmayın. Gözlənilməz anda ailə üzvlərindən birinin xəstələndiyi bir gün üçün kifayət qədər pulun yığılması ailənizin borca düşmədən vəziyyətdən çıxmağa, özünü daha təhlükəsiz və inamlı hiss etməyə yardımçı olacaq.

Ailə büdcəsi tərtib edərkən çalışmaq lazımdır ki, ay ərzində gəlirlərin cəmi həmişə xərclərin cəmində çox olsun. Belə büdcəyə profisidli, yəni müsbət qalıqlı büncə deyilir. Sizin büdcənin profisidi nə qədər çox olarsa, maliyyə imkanlarınız da bir o qədər yaxşı və etibarlı olar.

Ailə büdcəsindən yararlanmağın bir nömrəli sirri bütün ailə üzvlərinin gündəlik xərclərinin yazılı şəkildə qeydə alınmasıdır. Ailədə gündəlik xərclərə malik olan şəxslərə həftəlik və ya aylıq xərclər müəyyən edilir. Həmin xərclər ailə büdcəsindən aylıq və ya həftəlik həmin şəxsə verilir.

Ola bilər ki, ailəyə gəlir gətirən hər bir şəxsə öz qazancından sərbəst xərcləmək üçün limit ayrılsın. Məsələn, aylıq 2000 manat qazancı olan ailə üzvünə tələbatından asılı olaraq qazancının 300-500 manatlıq hissəsini sərbəst xərcləmək icazəsi verilə bilər.

Beləliklə, siz ailənizin gəlir və xərclərini uzlaşdıra, qənaət edə və ailənizin dar günü üçün ehtiyat yığa, ailənizin gəlirindən asılı olaraq ev, torpaq sahəsi, maşın və ya məişət avadanlıqları ala və ya kiçik biznes qurmaqla daha böyük işlər görə bilərsiniz.

Yazı "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə büdcəsi quraq, daha varlı olaq" layihəsi çərçivəsində dərc edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:338
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 İyun 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri