Icma.az
close
up
RU
Ailə büdcəsini çətinləşdirən yay mövsümü: Səbəb nədir?

Ailə büdcəsini çətinləşdirən yay mövsümü: Səbəb nədir?

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yay mövsümünün gəlişi ilə turizm sektorunda canlanma müşahidə olunur, lakin artan tələbatla paralel olaraq otel qiymətlərində və tur paketlərində ciddi bahalaşma qeydə alınır, bu isə xüsusilə orta gəlirli ailələrin istirahət planlarını yenidən gözdən keçirməsinə səbəb olur.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan turizm eksperti Rəhman Quliyev bazardakı mövcud vəziyyət, ötən illə müqayisədə qiymət fərqləri və əlçatan seçim imkanları barədə sualları cavablandırıb.

Onun sözlərinə görə, paytaxt sakinləri, xüsusilə də işğaldan azad olunmuş ərazilərə böyük maraq göstərirlər. R.Quliyev vurğulayıb ki, Kəlbəcər, Şuşa, Xankəndi, Zəngilana gedənlərin sayı daha çoxdur: “Yay tətilinin uzunmüddətli olması səbəbindən Azərbaycanda, xüsusən də ən ucqar nöqtələrə səfərlər artır. Dominos pizza

Otellərlə yanaşı, rayonlarda yaşayan sakinlər öz evlərini də gələn turistlərə kirayə verirlər. Bu, həm müxtəlif kateqoriyadan olan turistlər üçün səyahəti daha əlçatan edir, həm də otel qiymətlərində müəyyən nizam və sabitlik yaradır. Eyni zamanda, bu proses yerli sakinlərin sosial rifahına xidmət edir və iqtisadi inkişafa töhfə verir.

Turistlər kəndlərdən kənd məhsulları da alırlar ki, bu da birbaşa həmin ərazilərdə yaşayan insanların sosial rifahına müsbət təsir göstərir”.

Ekspertin fikrincə, qiymətlərdə artım müşahidə olunsa da, bu, kəskin bahalaşma deyil və əsasən artan tələbatla bağlı dəyişiklik kimi qiymətləndirilməlidir:

“Ümumilikdə qiymət müqayisəsinə baxdıqda müəyyən artım müşahidə oluna bilər, lakin bu artımı ciddi və kəskin hesab etmirəm. Daha çox tələb artımından irəli gələn dəyişikliklərdir. Mən əsasən yerləşmə sayının artmasını vurğulamaq istəyirəm.

Azərbaycanda yerli sahibkarlara və investorlara yaradılan əlverişli şərait mühüm amildir. Bu şərait nəticəsində rayon sakinləri öz evlərinin yanında kiçik tipli yerləşmə yerləri inşa edir, turistlərə təqdim edirlər. Eyni zamanda aşağı büdcəli otellər də tikilir.

Yerləşmə imkanları nə qədər çox olarsa, qiymətlər bir o qədər sabitləşir və aşağı düşə bilir, turist axını isə artır. Bu gün dövlət tərəfindən yaradılan şərait olmasaydı, qiymət artımı qaçılmaz ola bilərdi. Çünki yeni imkanlar və yeni yerləşmə yerlərinin açılması birbaşa olaraq qiymətlərə təsir göstərir.

Nəticə etibarilə, vətəndaşlar öz evlərini kirayə verməklə gəlir əldə edirlər, turistlər isə həm fərdi evlərdə, həm də aşağı büdcəli otellərdə rahat şəkildə yerləşə bilirlər”.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 İyun 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri