Ailə dostundan Talıbovun bacanağına külli miqdarda dələduzluq
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvan şəhərində “Hell Energy” məhsullarının rəsmi distribyutoru olan “Collabera” MMC-nin sahibi Hümbət Qəhrəmanova qarşı külli miqdarda dələduzluq olub.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, Hümbət Qəhrəmanovun pulunu mənimsəyən Kamal adlı ailə dostu olub.
183 min manatı mənimsəyən Kamal “Hell” içkilərini obyektlərə paylayıb pulu alsa da, məhsulları satdığı adamların adına saxta borc yazıb. Sonradan işin üstü açılıb və Hümbət Qəhrəmanov dostunu hüquq-mühafizə orqanlarına şikayət edib.
Hümbət Qəhrəmanova dəyən zərər sonradan geri ödənilib.
Qeyd edək ki, Hümbət Qəhrəmanov məmur övladı olub. Onun atası Elçin Qəhrəmanov uzun illər Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olub.
Hümbət Qəhrəmanov Muxtar Respublikanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurandan sonra Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovla bacanaq olub.
Hümbət Qəhərəmanov Vasif Talıbovun vəzifədə olduğu dönəmdə Naxçıvanda xərçəng biznesi ilə də məşğul olub, Talıbovlara məxsus “Sizin” marketin idarəçiliyi onun ixtiyarına verilib.
Baxış sayı:31
Bu xəbər 31 Dekabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















