Icma.az
close
up
RU
Talıbovun imzası dövlət sənədlərindən silinir

Talıbovun imzası dövlət sənədlərindən silinir

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Tanınmış naxçıvanlıdan yeni açıqlamalar: “Onun dövründə işləyənlərin bəziləri bu gün də vəzifədədir”

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli bir sıra qərarları ləğv edilib. Bununla bağlı muxtar respublikanın baş naziri Ceyhun Cəlilov qərar imzalayıb. Məlumat üçün bildirək ki, daha əvvəl aprel ayında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli bir sıra qərarları ləğv edilib.

Xatırladaq ki, ləğv olunan qərarların əksəriyyəti həmin dövrdə muxtar respublikanın baş naziri vəzifəsində çalışan Əlövsət Baxşıyev tərəfindən imzalanıb. Ə.Baxşıyev 1994-1998-ci illərdə muxtar respublikanın maliyyə naziri, 1998-2000-ci illərdə maliyyə-iqtisadiyyat naziri, 2000-2020-ci illərdə isə baş naziri vəzifələrində çalışıb.

Qeyd edək ki, ləğv olunan qərarların hamısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Vasif Talıbovun zamanında imzalanıb. Vasif Talıbov 2022-ci ildə Ali Məclisin sədri vəzifəsindən azad edilib.

Talıbovun qərarlarının ardıcıl olaraq ləğvinin arxasında nə dayanır?

 Aydın Quliyev

“Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Naxçıvanda yerli hakimiyyət dəyişdiriləndən sonra icra hakimiyyəti sistemində, parlamentdə kadrların dəyişdirilməsi ilə bərabər idarəetmə strukturunda da xeyli dəyişikliklər olub. Bu dəyişikliklərin hansı nəticələr verdiyi üzərində dayanmağa hələlik ehtiyac yoxdur, o mənada ki, ortada ciddi bir dəyişiklik hələlik hiss olunmur: “Yeni mərhələyə keçidlə bağlı bir qeyri-müəyyənlik mövcuddur.  Amma Vasif Talıbovun dövründən qalmış bir sıra idarəetmə dövlət orqanlarında islahatlar, bəzilərinin ləğvi, bəzilərinin birləşdirilməsi yönündə addımlar atılır. O cümlədən də 2022-ci ildən əvvəlki dövrlərdə Nazirlər Kabinetinin verdiyi bir sıra qərarların ləğv edildiyini də biz görürük. Konkret olaraq dəqiq hansı qərarlardan söhbət getdiyini söyləmək çətindir. Çünki ən azı hələ bu barədə geniş informasiya yoxdur. Ancaq bəllidir ki, Vasif Talıbovun dövründə Naxçıvanda idarəçilik qərarları, dövlət strukturlarının təkmilləşdirilməsi, birləşdirilməsi, yenilərinin yaradılması və sair yönümdə atılan addımlar əsasən Naxçıvan Muxtar Respublikasında idarəçiliyi yerli çərçivədə əlahiddə bir formaya salmaq, Azərbaycandan daha çox ayırmaq və vahid bir dövlətin ayrılmaz hissəsi olmağına baxmayaraq, Naxçıvanda ayrıca bir əlahiddə idarəçilik sisteminin yaradılması məqsədinə xidmət edirdi. Bu nöqteyi-nəzərdən Vasif Talıbovun dövründə yaradılmış, əsası qoyulmuş bəzi dövlət idarəetmə strukturlarında islahatların aparılmasına həqiqətən ehtiyac var. O mənada ki, Naxçıvanın muxtar respublika statusunun saxlanması şərtilə həm də Azərbaycanın unitar dövlətçilik prinsipinə xələl gəlməsin”.

A.Quliyev vurğuladı ki, ancaq belə dəyişikliklərdən, qərarların ləğv olunmasından söhbət gedəndə ilk növbədə muxtar respublikanın idarəetmə komandası, Ali Məclisi, baş nazir, Prezidentin xüsusi nümayəndəsi və digər bununla bağlı Naxçıvan cəmiyyətinə açıqlamalar verilməlidir ki, camaatda suallar yaranmasın: “Bu cür prinsipial məsələlərin mediada müxtəlif istiqamətlərdə müzakirə olunmaması üçün birinci növbədə Naxçıvan Muxtar Respublikasının özünün yerli hakimiyyəti, səlahiyyətli şəxslərinin izahatı olmalıdır. Bu günə qədər Naxçıvan Ali Məclisinə sədr seçilməyib, amma buna əhalini inandıran rəsmi izahat verilməyib. Yaxud da ki, Naxçıvan Muxtar Respublikasının büdcəsi, dövlət büdcəsindən muxtar respublikaya ayırmalar bir neçə dəfə kəsilib, lakin bununla bağlı inandırıcı izahat verilməyib. Eləcə də muxtar respublikanın əvvəlki baş nazirinin qərarlarının ləğv olunması ilə bağlı təəssüf ki, ortada rəsmi izahlara rast gəlinmir. Bu da əhali arasında söz-söhbətə, çaşqınlığa gətirib çıxarır. Vasif Talıbovun dövründə işləyənlərin heç də hamısı kənarlaşdırılmayıb, onların bəziləri bu gün də vəzifədədir. Məsələn, Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov bu gün Naxçıvan Ali Məclisinin deputatıdır, həm də əvvəlki səlahiyyətlərini, bildiyimə görə, qeyri-rəsmi olaraq icra edir. Ramiz Məmmədovun bu qərarların çoxundan xəbəri var. Hansı qərar niyə verilib və bu gün niyə ləğv olunub? Bu cür suallarla bağlı Ramiz Məmmədov daha müfəssəl açıqlamalar verə bilər ki, cəmiyyətdə də aydın təsəvvür yaransın. Yaxud muxtar respublikanın baş naziri olmuş şəxs açıqlamalar verməlidir. Muxtar respublikanın hazırkı baş naziri belə qərarları imzalayanda mütləq şəkildə cəmiyyətə izahlar verilməlidir ki, suallar yaranmasın".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 May 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri