Icma.az
close
up
RU
Ailə ənənəsinə sədaqət, peşəyə məhəbbət

Ailə ənənəsinə sədaqət, peşəyə məhəbbət

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

2 İyul Azərbaycan Polisi Günüdür

Lənkəranda Əbdülhüseyn Abdullayevin ailəsini yaxşı tanıyırlar. Ailənin dörd üzvü həyatını çətin və şərəfli polis peşəsinə həsr edib. Ata Əbdülhüseyn Abdullayev uzun illər Lerik və Astara rayonlarında daxili işlər şöbəsinin rəisi, oğlu Rafiq Respublika DİN aparatında idarə rəisinin müavini işləyib. Azad isə Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantıdır. Ailənin sonbeşiyi Rövşən Abdullayev ilk əmək fəaliyyətinə polis orqanlarında başlayıb, 1992-ci ildə DİN-in Daxili Qoşunlarında xidmət edərkən Zəngilan rayonunun Qazançı kəndində şəhidlik zirvəsinə ucalıb, Azərbaycanın Milli Qəhrəmanıdır.

Haqqında söhbət açdığım ailənin hər bir üzvü çətin, keşməkeşli həyat yolu keçib. Bacarıqlı, təcrübəli polis işçisi, sadə, səmimi, xeyirxah insan kimi el-obada böyük hörmət, nüfuz qazanmış Əbdülhüseyn Abdullayev 1926-cı il iyul ayının 1-də dağlar diyarı Lerikin Gendov kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurandan sonra keçmiş sovet ordusu sıralarında xidmət edib. Bir müddət Lerik Rayon Hərbi Komissarlığında işləyib. Bakı Ali Partiya Məktəbini (İndiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) bitirib. Lerik rayon partiya komitəsində məsul vəzifələrdə çalışıb.

1960-cı illərin əvvəllərində partiya zəmanəti ilə Lerik rayon daxili işlər şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Gəncliyini çətin və mürəkkəb əməliyyat şəraitinə malik dağ rayonunda ictimai-siyasi sabitliyin, əhalinin təhlükəsizliyinin qorunmasına həsr edib. Onun rəhbərliyi ilə Pirasora, Soru və Bülüdül kəndlərində ölümlə nəticələnən ağır cinayətlər “isti izlər”lə açılıb. Xalqın, dövlətin mənafeyini hər şeydən üstün tutub. Gecə-gündüz bilmədən 11 il rayon daxili işlər şöbəsinə rəhbərlik edib. Peşəkar, ədalətli polis rəisi kimi tanınıb, el-oba məhəbbətini, əhalinin böyük sevgisini qazanıb.

Yüksək təşkilatçılıq və işgüzarlıq qabiliyyətinə görə Əbdülhüseyn Abdullayev sonra Astara rayon daxili işlər şöbəsinin rəisi vəzifəsinə irəli çəkilib. Qonşu İranla həmsərhəd olan rayonda kriminogen duruma nəzarət etmək, asayişi qorumaq rəhbər işçidən yüksək qabiliyyət, zəngin təcrübə və peşəkarlıq tələb edirdi. Bacarıqlı rəis tapşırıqların öhdəsindən layiqincə gəlir, şəxsi heyətin qüvvəsini ictimai-siyasi sabitliyin, asayişin qorunmasına, cinayətkarlığın qarşısınıın alınmasına səfərbər edirdi. Çətinə düşənə arxa durur, xeyirxahlığını əsirgəmirdi. Bu gün də işlədiyi rayonlarda onun ağsaqqallığından, neçə-neçə ailə, qonşuluq münaqişələrini yoluna qoymasından, cinayətə meyilli şəxsləri tərbiyələndirib düz yola çəkməsindən ağızdolusu danışırlar.

Ömrünün 24 ilini daxili işlər orqanlarında rəhbər vəzifələrdə işləmiş Əbdülhüseyn Abdullayev polis əməkdaşlarına qabaqcıl, zəngin təcrübəsini öyrədib, ürəklərdə xoş xatirəsi qalıb.

O, həm də gözəl ailə başçısı olub. Ömür-gün yoldaşı Şuşəbəyim xanımla 4 oğul, 3 qız böyüdüb ərsəyə çatdırıblar. Oğlu Tofiq tibb üzrə fəlsəfə doktoru, respublikamızda tanınmış travmotoloq-həkimdir. Rafiq uzun illər respublika Daxili İşlər Nazirliyi aparatında məsul vəzifədə işləyib, istefada olan polis polkovnikidir. Azad isə Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantıdır.

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdullayev ailənin sonbeşiyidir. Atası hələ orta məktəbdə oxuyarkən parlaq gələcəyinə inanır, Rövşəni hüquqşünas görmək arzusunda idi. Polis sıralarında xidmət etmək arzusu ilə Rövşən 1987-ci ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhərindəki Ali Siyasi Məktəbinə daxil oldu. Təhsilini uğurla başa vurandan sonra Rostov şəhər daxili işlər şöbəsinə təyinat aldı.

O vaxt Qarabağda baş verən hadisələr Rövşəni dərindən sarsıdır, çox narahatlıq keçirirdi. Vətəndən acı xəbərlər alır, xalqımızın başına gətirilən müsibətlərə dözə bilmirdi. Təzə əmək fəaliyyətinə başlayan gənc zabit Vətənə qayıtmağı, çətin gündə el-obaya dayaq durmağı, vətəndaşlıq borcunu yerinə yetirməyi daha üstün bildi. 1991-ci ildə Azərbaycana qayıdıb DİN-in Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində siyasi şöbənuin rəisi vəzifəsinə təyin olundu.

O illərdə Milli Ordu formalaşmadığı üçün Ermənistanla sərhədboyu rayonlarda soydaşlarımızın asayişini polis işçiləri, daxili qoşunlar qoruyurdu. Gənc zabit dəfələrlə sərhəd kəndlərinə ezam olunmuş, yurddaşlarımızı erməni yaraqlılarının hücumlarından qorumuşdur.

Rövşənin komandiri olduğu taqım cəbhədə igidliyi, şücaəti ilə ad qazanmışdı. Dəfələrlə düşmənin mövqelərini susdurmuş, Qafan rayonunda yerləşən obyektlərini məhv etmişdir. Ermənilər Rövşən haqqında kifayət qədər məlumat toplayıb onu aradan götürmək üçün plan hazırlamışdı. Qardaşı, Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantı Azad Abdullayev o ağır günləri xatırlayaraq deyir:

– 1992-ci ilin iyun ayında Rövşən Abdullayev 70 nəfərlik şəxsi heyətlə Zəngilan rayonuna ezam olunmuşdu. Həmin dövrdə rayonun kəndləri cəbhənin ən qaynar nöqtələri hesab olunurdu. Mühüm strateji əhəmiyyətə malik olan Qazançı kəndində post qurub əraziyə nəzarət edirdilər. Düşmən bu kəndi götürsəydi, Zəngilan və Qubadlı rayonlarını asanlıqla işğal edəcəkdi. Məqsədləri də strateji əhəmiyyətli Qazançı kəndini ələ keçirmək idi.

Sentyabr ayının 13-də düşmən ağır texnika və xeyli canlı qüvvə ilə Qazançı postuna hücum edir. Erməni quldur dəstəsi ilə qeyri-bərabər döyüşdə ağır yaralanmasına baxmayaraq, Rövşən silahı yerə qoymur, təkbaşına döyüşərək bir neçə erməni yaraqlısını məhv edir. Əsgərlər cəsur komandiri qan içində döyüş meydanından çıxarırlar. Yolda çoxlu qan itirdiyindən gözlərini əbədi yumur.

Lakin bu, adi ölüm deyildi. Rövşən düşmənlə qeyri-bərabər döyüşdə əsl qəhrəmanlıq, şücaət göstərib. Özünü irəli verərək 6 əsgərin həyatını xilas edib, mərd, mübariz bir qəhrəman kimi əbədiyyətə qovuşub.

Rövşən şəhadətə yetişəndə cəmi 24 yaşı var idi. Subay olub. Ölümündən sonra ümummilli lider Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Rövşən Əbdülhüseyn oğlu Abdullayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

O, Lənkəran şəhər qəbiristanlığında torpağa tapşırılıb. Atası, polis orqanlarında şərəfli xidmət keçmiş, yüksək insanpərvərliyi, xeyirxahlığı, humanistliyi ilə böyük hörmət, nüfuz qazanmış Əbdülhüseyn Abdullayevlə qoşa uyuyur.

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdullayevin Lənkəran şəhərinin mərkəzində büstü ucalır. O, necə də məğrur görünür! Büstünün ətrafında salınmış park adını daşıyır. Lənkəran və Astara şəhərinin küçələrindən birinə qəhrəmanın adı verilib. Dünyaya göz açdığı Lerik şəhərindəki mədəniyyət evi onun adını daşıyır.

Görkəmli şair Şəkər Aslanın cəsur, şəhid polis zabiti haqqında qələmə aldığı “Elə yaşayaram” poeması çap olunub. Hər il anım günündə məktəblilər büstünün önünə toplaşaraq xatirəsini ehtiramla yad edir, Vətəni onun kimi sevəcəklərinə and içirlər.

Bu gün Rövşənin yarımçıq qalmış arzularını, ailənin polis peşəsinə sədaqətini qardaşı polkovnik-leytenant Azad, qardaşı oğlu Elşən, bacısı oğlu Emil polis orqanlarında şərəfli xidmətləri ilə davam etdirirlər.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see325

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see303

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see285

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see264

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see248

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see236

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see227

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see225

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see216

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see216

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see208

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see199

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see199

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see197

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see194

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see194

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see189

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see184

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see183

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri