Icma.az
close
up
RU
Jurnalistikamız vətəndaşlıq ənənəsinə sadiqdir

Jurnalistikamız vətəndaşlıq ənənəsinə sadiqdir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Böyük maarifçi-demokrat, təbiətşünas Həsən bəy Zərdabinin naşirliyi və redaktorluğu ilə 1875-ci ildə nəşrə başlamış “Əkinçi” qəzeti Azərbaycan cəmiyyətinin qaranlıqlarına işıq salaraq milli oyanış və tərəqqi ideyalarının yayılmasında canlanma yaradıb. XIX əsrin sonları və XX əsrin əvvəllərində ölkəmizdə müxtəlif baxışları əks etdirən bir sıra mətbu nəşrlər meydana gəlib. Sovet dövründə mətbuat dövlətin nəzarətində olsa da, “Əkinçi”dən su içən yazılı mediamız milli mədəniyyətin və dilin qorunmasında, sosial məsələlərin işıqlandırılmasında önəmli rol oynayıb. Demokratik jurnalistikamızın ənənələri üzərində bu gün Azərbaycan mediası inkişaf edir, rəqəmsal platformalar vasitəsilə geniş auditoriyaya xidmət edir. Milli mətbuatın 150 illik yubileyi ərəfəsində Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru Həmid Vəliyevlə həmsöhbət olduq.

– Həmid müəllim, “Əkinçi”dən başlayan milli mətbuatımızın əsr yarımlıq yubileyi ərəfəsində bu şanlı tarixə nəzər salsaq, ilk növbədə, nələri qeyd etmək olar?

– Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi”nin nəşrə başlaması və Azərbaycan jurnalistikasının əsasının qoyulması yerli və beynəlxalq səviyyədə, həqiqətən də, böyük hadisə idi. Çünki qəzetin əks-sədası dünyanın müxtəlif ölkələrindən eşidilirdi. “Əkinçi”nin səhifələrində hadisələr, xüsusilə də beynəlxalq məsələlər yüksək dəqiqlik və həssaslıqla işıqlandırılıb. Bu qəzet həm də fərdi jurnalistikanın əsasını qoyub.

– “Əkinçi” qəzetindən 65 il sonra dünyaya gəlmiş və hazırda 85 yaşı olan professor-jurnalist Həmid Vəliyev özündən əvvəlki və sonrakı mətbuatımızın uğurlarını nədə görür? Sizcə, mətbuat tariximiz yetərincə tədqiq olunubmu?

– Bu gün jurnalistikamızın müəyyən tədqiqat problemi var. Xüsusən də, mətbuat tariximizlə bağlı araşdırılmayan xeyli məsələ qalıb. Keçən onilliklər ərzində mətbuat tariximizi daha yüksək səviyyədə tədqiq edə bilərdik. Mükəmməl mətbuat tarixi dərsliyinə və tədris vəsaitlərinə tələbat da bu sahədə boşluğu göstərir. Müxtəlif illərdə mətbuat tariximizin müəyyən səhifələrini işıqlandıran vəsaitlər yazılıb. Fakültəmizin keçmiş dekanı, mərhum dosent Nəriman Zeynalovun 2 kitabçası, “Şərq” qəzetinin redaktoru Akif Aşırlının 2 cildliyi indi kifayət eləmir.

Bölgələrimizdə də qəzetlər, almanaxlar buraxılıb. Bəziləri barədə məlumat yoxdur, olanlar isə bir-iki cümlə ilə tamamlanır. Qərbi Azərbaycanda çıxmış mətbuat orqanları da öyrənilməlidir. Onları vaxtında işləmək, tədqiqata cəlb etmək lazım idi. 1832-ci ildən Azərbaycan dilində çıxan “Tiflis əxbarı” qəzetini də indiyədək axtarıb tapmaq olardı.

Bizim fakültədə əhatəli mətbuat tarixi dərsliyinin yazılması ilə bağlı təşəbbüslər olub. Məsələn, mərhum professor Şirməmməd Hüseynov Azərbaycan mətbuat tarixi dərsliyinin yazılması ilə bağlı plan hazırlamış, hər birimizə mövzular vermişdi. Bu iş axıra çatdırılmadı. Üzdə olmuş mətbuat orqanları barəsində daha çox yazmışıq, digərlərini unutmuşuq.

“Əkinçi” qəzetinin 150 illiyi mətbuata bağlı olan hər bir insan üçün hesabatdır. Deyə bilərəm ki, mən də bu sahədə müəyyən işlər görmüşəm. Çalışmışam ki, tədris etdiyim fənnin dərsliyi, dərs vəsaiti olsun. Jurnalistika fakültəsində ixtisas fənləri arasında ən çətini xarici ölkələrin jurnalistikası tarixidir.

Bu dərsliyi yazarkən qarşıma 3 məqsəd qoymuşdum. Birincisi xarici ölkələrin mətbuat tarixində İslam aləminə, ikincisi Türk dünyasına olan münasibət, üçüncüsü isə azərbaycançılıq mövzusunun dünya jurnalistikasında necə işıqlandırılması önəmli idi.

Fransız yazıçısı Onere de Balzakın əvəzsiz jurnalistika fəaliyyəti olub. O, Fransa və Böyük Britaniya jurnalistikasını araşdıraraq bu nəticəyə gəlib ki, fransız jurnalisti əvvəl jurnalistdir, sonra fransız. Bu o deməkdir ki, jurnalist qarşısına çıxan hər məsələni tərəfsiz və obyektiv işıqlandırmağa borcludur. Onun üçün informasiyanın ölkəsinin ziyanına olması önəmli deyil. Lakin ingilis jurnalisti birinci vətəndaşdır, sonra jurnalist. Əlindəki informasiyanı ölçüb-biçir, vətəndaş mövqeyini önə çəkir və ölkəsi üçün ziyanlıdırsa, yazmır.

Mən də bu qənaətdəyəm və tələbələrimə deyirəm ki, Azərbaycan jurnalisti öncə azərbaycanlıdır, sonra jurnalist. Çünki ətrafımız düşmənlərlə doludur. Biz jurnalistlər onlara ziyanımıza olan informasiyaları ötürməməliyik.

Bizim məzunların hazırladığı xəbərlər, müsahibələr, reportajlar jurnalist sənətkarlığı prinsiplərinə əsaslanır. Jurnalistlərimiz ölkəmizin çətin anlarında peşə etikası ilə yanaşı, yüksək vətəndaşlıq nümayiş etdirərək ölkəmizin maraqlarını qoruyublar. Bu məhz “Əkinçi”dən, mətbuat tariximizdən gələn ənənədir.

– Çağdaş medianın dəyişən tələbləri fonunda jurnalist təhsili necə qurulub?

– Yeniləşmə var, amma qaneedici deyil. Jurnalistika fakültəsinə qəbul üçün keçirilən qabiliyyət sınağı yetərli deyil. Qabiliyyət imtahanı keçirilərsə, komissiya yaradılmalı və yanaşma ciddi olmalıdır. Əvvəllər hər istəyən jurnalist təhsili ala bilməzdi. Xaricdə jurnalistika təhsili fərqlidir. Məsələn, Fransada 500 nəfər jurnalistika fakültəsinə qəbul edilirsə, onlardan az bir qismi məzun olur. Hamıya meydan verilir, amma hər kəs meydanda qala bilmir.

– Həmid müəllim, bu gün media sahəsinə jurnalist təhsili olmayanların axını davam edir. Siz bu prosesə necə baxırsınız?

– Bilirsiniz, xarici ölkələrdə də jurnalistika təhsili olmayanlar bu sahədə işləyirlər. Amma onlar işlədikləri müddətdə bu sahənin incəliklərinə elə yiyələnirlər ki, ixtisaslı jurnalistlərdən fərqlənmirlər. Bizdə isə elə deyil. Təhsilin oldu-olmadı öz üzərində çalışmaq, peşə ustalığını mənimsəmək vacibdir.

– Bu gün jurnalistikada janr anlayışı da dəyişib. Sizcə ənənəvi janrlardan hansılar daha aktualdır?

– Jurnalistikada əsas 3 janr daha önəmlidir: xəbər, reportaj və müsahibə. Bu 3 janrın hədəfi yenicə aktual məlumatları çatdırmaq, xəbərləməkdir. Xəbər o zaman önəm daşıyır ki, ictimai yükü olsun. Hər hadisəni xəbər kimi yaymaq mətbuata marağı azaldır. Məşhur deyim var: itin insanı dişləməsi xəbər deyil, amma insanın iti dişləməsi xəbərdir. Oçerk, felyeton, resenziya kimi janrlar bu gün, nədənsə, aktual deyil.

– Bügünkü jurnalistlərə tövsiyəniz nədir?

– Jurnalistlərimiz yazdıqları hər bir informasiyada əvvəlcə azərbaycanlı, sonra jurnalist olsunlar. Jurnalistin səhvi düşmən üçün fürsət olmasın. Jurnalistlərimiz vətənpərvər olmalı, necə deyərlər, bilərəkdən və ya bilməyərəkdən düşmən dəyirmanına su tökməməlidirlər. Beynəlxalq jurnalistikadan, təcrübəli jurnalistlərdən də daim öyrənsinlər.

Söhbəti apardılar:
Əli NƏCƏFXANLI,
Rizvan FİKRƏTOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri