Ailə öz işlərini həll edə bilər, Milli Məclis daha mühüm məsələlərə baxsın Novella Cəfəroğlu
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda Əmək Məcəlləsinə növbəli iş vaxtı rejiminin təşkili və gecə növbəsinə işçilərin cəlb olunması ilə bağlı dəyişkiliklər ediləcək. Təklifə əsasən, işçilər gecə növbəsinə təyin edilərkən onların xüsusi ehtiyacları, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə bağlı vəziyyətləri əsaslandırıldığı və mümkün olduğu hallarda nəzərə alınmalıdır.
Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı tanınmış hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun fikirlərini öyrəndik. O, Redaktor.az-a bildirdi ki, Milli Məclisdə daha mühüm məsələlərə baxılmalıdır:
"İnsanlar dənizdə işləyirlər, aylarla ezamiyyətdə qalırlar, neftçilər isə neft daşlarında aylarla işləyirlər. Bu məsələlərdə onların məvaciblərinin artırılması məsələsinə baxsınlar. Neftçiləri baxmadan işdən azad edirlər, sonra onların necə yaşaması məsələsinə baxırlar. Ailə özü öz işlərini həll edə bilər, yalnız ailədə yaşayış imkanlarını təmin etmək məsələsini müzakirəyə çıxartsınlar!"
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 18 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















