Icma.az
close
up
RU
Ailə planlamasında 3 uşağa üstünlük verənlərin sayı arta bilər Hər uşağa 105 manat

Ailə planlamasında 3 uşağa üstünlük verənlərin sayı arta bilər Hər uşağa 105 manat

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsi təmin olunacaq.

Belə bir açıqlama ilə Milli Məclisin deputatı Razi Nurullayev çıxış edib. Onun sözlərinə görə, araşdırmalar da göstərir ki, 2016-cı ildən etibarən Azərbaycanda doğulan uşaqların sayında ciddi azalma müşahidə edilir, eyni zamanda 2022-ci ildən etibarən hər il 25-30 mindən daha az uşaq doğulur. Bu da o deməkdir ki, bir neçə ildən sonra birinci sinifə gedən uşaqların sayında belə ciddi azalma görəcəyik.

Üçuşaqlı ailələrə "uşaq pulu"nun verilməsi nə dərəcədə vacibdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, uşaqlar üçün nəzərdə tutulan müavinətin verilməsinə ehtiyac var:

"Əsasən səbəb odur ki, Azərbaycanda təbii artım bir neçə ildir ki, ləngimə ilə müşahidə olunur. Hətta 2023-cü ildə 15 faiz ləngimə var idi. 2024-cü ildə də biz oxşar tendensiyanı müşahidə etdik. Eyni zamanda son 22-23 ilə baxdıqda görürük ki, ümumilikdə əhalinin artımı 26,44 faiz artıb. Amma ahılların sayı 99,4 faiz artıb. Bu həm də yeni doğulanların sayının azalması tendensiyasını göstərən faktlardan biridir. Təbii artımda ləngimə, ailə planlaşmasında 1 uşağa üstünlük vermə tendensiyasının çoxluğu aradan qaldırılması üçün “uşaq pulu”nun verilməsi təqdirəlayiq olardı. Həm də ehtiyacı olan ailələrə dəstəyin başqa bir forması da hesab olunur. Nəzərə alaq ki, artıq beynəlxalq təcrübədə də, ayrı-ayrı ölkələrin təcrübəsində də bu alətdən istifadə olunur. Yəni təbii artıma təşviq etmək üçün “uşaq pulu” verilir. Ölkələrdə sistem fərqlidir. Bəzi ölkələrdə 1 uşağa görə ayrı, 2 uşağa görə ayrı, 3 uşağa görə ayrı müavinətlər verilir".

Sosioloqun sözlərinə görə, Milli Məclisdə məsələ o istiqamətdə gedir ki, çoxuşaqlı ailələr 5 uşaqdan 3 uşağa endirilsin:

"Belə olduqda 3 uşaqlı ailə artıq çoxuşaqlı ailə hesab olunacaq. Çoxuşaqlı ailə sayıldığlarına görə çoxuşaqlı ailələrə aid imtiyazlar onlara da şamil ediləcək. Hər uşağa görə təqribən 105 manat civarında sosial təminat verilə bilər. Bu da ailə quran gənclərdə ailə planlamasında 3 uşağa üstünlük vermə marağını artıra bilər. Bu baxımdan təqdirəlayiq bir haldır. Hesab edirəm ki, bəli, sosial müavinətlərin verilməsi Milli Məclis deputatının da dediyi kimi təqdirəlayiq olardı. Bu həm təbii artımı dəstəkləmək, həm də uşaqların inkişafı, ehtiyaclarının qarşılanması üçün faydalı olar. Bu, ailələrin planlamasında motivasiyanı artıra bilər. Çoxuşaqlı ailə 3 uşaq olarsa, ailə planlamasında 3 uşağa üstünlük verənlərin sayının artmasına gətirib çıxara bilər. Bu, uşaq mərkəzli bir addım olar. Əgər belə yanaşma olarsa, uğurlu addım sayıla bilər"

Ü.Şəfiyev qeyd etdi ki, ölkəmizdə2006-cı ilə qədər “uşaq pulu” verilirdi. Lakin onun sözlərinə görə, 2006-cı ildən sonra sosial müavinətlər artıq dayandırıldı:

"Ünvanlı sosial yardım “uşaq pulu”nu əvəz edə bilməz. Ünvanlı sosial yardım ölkədəki uşaqlı ailələrin hamısını əhatə etmir. Bu baxımdan sosial müavinətin verilməsi yaxşı olar. Bir sıra ölkələrdə gənc ailələrə dəstək üçün fərqli-fərqli layihələr həyata keçirilir. Qardaş Türkiyə Respublikasında məsələn, gənc ailələrə mənzil üçün faizsiz kreditlər təqdim olunur. 4 ildən sonra ailə bunu hissə-hissə, güzəştli şərtlərlə ödəməyə başlayır. Yəni bu tipli addımlar da atıla bilər. Düzdür, Azərbaycanda güzəştli mənzillər fondu var. O fonddan yararlanan gənc ailələr var. Ancaq bu, gənclərin müəyyən qədərini əhatə edir. Kateqoriya sayını artırsaq, bu da təbii artıma töhfə verə bilər. Uşaqlar üçün nəzərdə tutulan sosial müavinətlər əgər çox böyük maliyyə yükü hesab olarsa, imkanlı ailədən olan uşaqlara verilməyə də bilər. Əhalinin nisbətən ehtiyacı olan təbəqəsində nəzərdə tutula bilər. Əlavə maliyyə yükü olmasın deyə, bu formada məsələyə yanaşıla bilər", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Aprel 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri