Icma.az
close
up
RU
Ailə qurarkən sevginin olması vacibdirmi?

Ailə qurarkən sevginin olması vacibdirmi?

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ailə həyatı qurmazdan əvvəl hər bir fərd psixoloji cəhətdən buna hazır olmalıdır.

Ailənin hər bir fərdi - kişi və qadın bir-birinə uyğunlaşmağa, fikirlərinə hörmətlə yanaşmağa çalışırlar. Ən azından bu məsuliyyəti özlərində dərk edirlər.

Təəssüf ki, hər bir ailədə bu, belə deyil. Ailədə müəyyən səbəblərdən dolayı-diqqət və qayğının göstərilməməsi, sevgi, hörmət hissinin aşılanmaması, uşaqların düzgün tərbiyə olunmaması, maddi və mənəvi tələbatların ödənilməməsi fərdlər arasında anlaşılmazlıq yaradır. Bu saydıqlarım azmış kimi, ailəyə kənar amillərin də rolu öz tesirini göstərir. Məsələn: qayınata-qayınananın (bu, hər kəsə şamil olunmur), qohum-əqrabaların ailənin hər xırda probleminə müdaxilə etmələri, kişi və qadının iş şəraitində rastlaşdıqları çətinlikləri bir-birilərinə yansıtması onlar arasında qəlbən uzaq məsafələrə, soyuqluq yaranmasına səbəb olur... Ve boşanmalara kimi getirib çıxarır.

Müasir dövrdə gənc ailələr yeni həyata başlamazdan əvvəl bir-birlərinə qulağa xoş səslənən vədlər verirlər, sanki bu dövrdə insan ömrünün ən xoş günlərini yaşayır. Hər iki tərəfin gözlədiyi anlayış, hörmət, sevgi, sədaqət hisləri bu dövrdə asanlıqla verilir. Lakin ailə həyatı qurduqdan sonra vəziyyət bir qədər mürəkkəbləşir. Maddiyat problemi, müəyyən anlaşılmazlıqlar, xəyanət, sağlamlıq problemi bu kimi hallar özünü göstərir. Ailədə rast gəlinən problemlərdən biri də qısqanclıqdır. Və bunun ailəyə böyük təsiri var. İlk növbədə qısqanclığın həddən artığı bir-birinə güvənsizlik deməkdir və qarşı tərəf bunu qəbul etməyə bilər.

Bir sözlə, ailə həyatı qurmamışdan öncə gözlədiklərinlə ailə həyatı qurduqdan sonrakı reallıqlar bir-birinin əksi olur. Bu zaman ailənin bütövlüyünü qorumaq üçün kişi və qadının özünəməxsus vəzifələri olur. İlk növbədə qadın həyat yoldaşı çətin vəziyyətdə olduğu zaman ona özünü yalnız hiss elətdirməməli, hər dəfə ona dəstək olacaq ifadələr işlətməli, ruhən onu motivasiya etməlidir. Kişi isə öz növbəsində qadının hislərini anlamalı, fikirlərinə hörmətlə yanaşmalı, onların emosional bir varlıq olduğunu nəzərə almalıdır. Hər iki tərəfdə empatiya (başqasının dərdinə şərik olmaq) hissi güclü olmalıdır.

Ümumiyyətlə, ailədə bu kimi halların baş verməməsi üçün hər iki tərəf müəyyən müddət ərzində bir-birini düzgün tanımalı, münasibətdə yalan olmamalı, onu olduğu kimi qəbul etməlidir. Və ən əsası da ailə sevgi üzərində qurulmalıdır. O səbəbdən ki, hər hansı bir çətinliklə rastlaşan zaman məhz o sevgi həmin çətinliyi aradan qaldırmağa kömək edir, qarşı tərəfin qüsurlarını bağışlayır və getdikcə bu sevgi qarşılıqlı hörmətə çevrilər və həmin ailə ideal ailə kimi hesab olunar. Burada böyüyən uşaqlar da düzgün tərbiyə olunacaq, sağlam fikirli, gələcəyi parlaq, cəmiyyət içərisində öz mövqeyini bilən biri kimi formalaşacaq.

Ailə elə bir mühitdir ki, burada tək heç nəyə nail olmaq mümkün deyil. Hər iki tərəf bu məsuliyyəti öz çiyinlərinə götürübsə, bunu sona kimi davam etdirmək onların borcudur.  Necə deyərlər, AİLƏ BİRLİKDİR, AİLƏ KİÇİK CƏMİYYƏTDİR.

Primova Bahar

Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsi, psixologiya ixtisasının tələbəsi

Dushunce.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri