Icma.az
close
up
RU
Ailə səadətini necə qorumalı. Psixoloqun tövsiyələri

Ailə səadətini necə qorumalı. Psixoloqun tövsiyələri

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ailə səadəti ilə bağlı mövzuda xoşbəxt, ideal ailələrdən bəhs edərkən, reallıqları da nəzərdən qaçırmaq olmaz.

Yəni nağıllardakı kimi bir ailəmiz yoxdursa, ara-sıra həyat yoldaşımızla mübahisə ediriksə və ya keçmişdə etmişiksə, xoşbəxt olmaqdan, sabahlara ümidlə baxmaqdan əlimizi üzə bilmərik.

Hər şeydən əvvəl bilməliyik ki, xoşbəxtlik bizdən asılıdır. Yəni xoşbəxt olmaq istəyiriksə ümidsizliyi bir kənara qoymalıyıq. Əlbəttə, hər ailədə söz-söhbət olur. Bir-biri ilə az-çox dalaşmayan, ayrı-ayrı fikirlər üstündə mübahisə etməyən nə qədər az ailə var.

Əsas məsələ ilk növbədə bu xoşagəlməz hadisələrin qarşısını almağa çalışmaq, əgər qarşısını ala bilmiriksə çox da uzatmamaqdır. Hər xanım həyat yoldaşının xasiyyətini yaxşı bilir. Biz istəsək xoşagəlməz hadisələri əvvəlcədən sezib tədbir görə bilərik. Qoy dava-dalaşlarımız qısa olsun. Xüsusilə də o gün axşam olmamış mütləq barışın. Küsülü yatsanız, həyatınız da gecənin rənginə bürünər. Heç bir şeyin dadını çıxara bilmərsiniz.

Bir rəvayətə görə şeytanlar hər gün QAF dağının arxasında görüşürlər. Hər biri insanı yoldan çıxmaq üçün nə etdiyini danışır. Hamısının sözü bitdikdən sonra mükafat mərasimi keçirilir. Ən böyük mükafat ər ilə arvadın arasını vuran şeytana verilir. Ona görə də şeytanı sevindirməmək və məsələni böyütmədən barışmaq lazımdır. Əgər haqlıdırsa üzr istəmək, haqsızdırsa üzrü qəbul etmək lazımdır. Belə mübahisələrin uşaqlarımızın ruhunda törətdiyi fəsadları gözlərimizlə görə bilsəydik, inanıram ki, heç bir ata-ana mübahisə etməzdi.

Qoyun evlərimizdən dava-dalaş səsləri yox, uşaq gülüşləri eşidilsin…

Sevinc Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Pcc.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri