Icma.az
close
up
RU
Ailələr məktəblər üçün potensial cinayətkar yox, insan yetişdirməlidir

Ailələr məktəblər üçün potensial cinayətkar yox, insan yetişdirməlidir

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Bu gün Bakıdakı "İdrak" Liseyində 10-cu sinif şagirdinin riyaziyyat müəllimi Şəhla Kamilovaya atasının ov tüfəngi ilə atəş açaraq ona ağır xəsarət yetirməsi sıradan bir insident, adi kriminal olay deyil. Məsələ burasındadır ki, dünyanın müxtəlif ölkələrində məktəblərdə müntəzəm atışmalar baş versə də, lakin bu cür hadisələr bizim ölkəmizdə istisna hal hesab olunur. Çünki bu cür davranışlar ilk növbədə mental psixologiyamıza, milli dəyərlərimizə zidd sayılır. Bizim cəmiyyətimizdə sosial və ailədaxili münaqişələrin məktəbə daşınması kimi neqativ ənənələr yoxdur.
Bu baxımdan bu gün "İdrak" Liseyində baş verən qanlı hadisənin cəmiyyətdə ciddi rezonans doğurması təbiidir. Biz 14-15 yaşlı bir yeniyetmə məktəblinin silaha necə və niyə əl atmasının, onun müəllimi nə üçün hədəf almasının motivlərini, səbəblərini hələki dəqiq bilmirik. Baş vermiş hadisənin detalları heç şübhəsiz ki, hüquq-mühafizə orqanları tərəfindən ciddi surətdə araşdırılacaq və nəticələr də ictimaiyyətə açıqlanacaq. İstintaqın nəticələri tam aydın olduqdan sonra ölkədə ən prestijli özəl təhsil müəssisələrindən biri hesab olunan "İdrak" liseyində törədilmiş bu cinayətin real səbəbləri haqqında əsaslı fikir yürütmək olar.
Ona görə də indiki halda bu hadisə ilə bağlı əlimizdə rəsmi təsdiqini tapmış bilgilər olmadan səsləndirdiyimiz mülahizə və təxminlərimizdə, zənnimcə, bir qədər ehtiyatlı olmalıyıq. Xüsusən də təhsili, məktəbləri, müəllimləri hədəfə almaqdan çəkinməliyik. Müəllimə atılan güllənin bütövlükdə təhsilimizə dəyməsinə yol verməməliyik. Emosiyalara qapılıb təhsil sistemini hədəfə almamalıyıq. Çünki bu gün baş vermiş bu qanlı hadisənin fonunda bütövlükdə təhsil sisteminin hədəfə alınması yanlış mövqedir. Heç bir məktəb öz daxilində belə bir tükürpərdici olayın baş verməsini istəməz.
Görünən budur ki, bu cür dəhşətli faciənin ilkin qaynağı məktəb yox, ailədir. Bəzi valideynlərin uşaq tərbiyəsinə və məktəbə, müəllimlərə münasibətində ciddi boşluqlar var. Belə ki, bəzi valideynlər öz övladlarına yalnış dəyərlər aşılayır və onları zorakılığa kökləyirlər. Bahalı məktəbdə oxumaq heç bir halda uşaqlarda harınlığa yol açmamalı və aqressiv davranışlara zəmin yaratmamalıdır. Ailələr məktəblər üçün potensial cinayətkar yox, insan yetişdirməlidir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Fevral 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri