Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Ailələr üçün maddi yükə çevrilən ehsan

Ailələr üçün maddi yükə çevrilən ehsan

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Azərbaycanda Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Sakinlər bildiriblər ki, yasda təkcə çay süfrəsinə icazə verilir. Əgər ehsan verilməsi aşkarlanırsa, vətəndaşlar cərimələnir. Tək Samuxda deyil, digər rayonlarda da bu qayda tətbiq edilir. Lakin bunun hüquqi çərçivəsi müəyyən edilməyib. Yəni, hansısa rayonda ehsana icazə verilməyib, digər rayonda bu qaydaların olmaması narazılıqlara səbəb olur. Ümumiyyətlə, yas mərasimlərində ehsan verilməsinin dini baxımdan hökmü nədir? Bu cür qadağaların tətbiqi üçün ölkə üzrə vahid hüquqi mexanizm olmalıdırmı? 

Şərqşünas-alim Nəriman Qasımoğlu deyir ki, müsəlman cəmiyyətində ehsan anlayışı əksər hallarda yalnız yas mərasimləri ilə əlaqələndirilir: "Halbuki ehsan yaxşılıq etmək, gözəl davranmaq kimi İslamda daha geniş və dərin mənaya malikdir. Ənənəvi olaraq yas mərasimlərində süfrələrin açılması, yemək verilməsi normal hal kimi qəbul olunur. Lakin bu adətin artıq mahiyyətindən uzaqlaşaraq formal hala gəlməsi, həm də ailələr üçün maddi yükə çevrilməsi ciddi suallar doğurur”. 

N.Qasımoğlu bildirir ki, İslamın ruhuna uyğun olaraq, yas mərasimləri mərhumun xatirəsini anmaq, ailəsinə mənəvi dayaq olmaq məqsədi daşımalıdır: "Bu baxımdan, yemək-içmək mərkəzli ehsan əvəzinə, ehtiyacı olanlara yardım edilməsi, məsələn, həmin yeməklərin uşaq evlərinə, ahıl şəxslərə və ya aztəminatlı ailələrə paylanması daha gözəl və savab bir əməldir. İnsanlar yasa təsəlli, başsağlığı, dəstək verməyə, dünyasını dəyişənlərin xatirəsini anmağa gəlməlidirlər, yeyib-içməyə deyil. Bunun üçün sadə çay süfrəsi də yetərlidir”.

Qadağaların ölkə üzrə tətbiqi məsələsinə gəldikdə isə, dinşünas alim vurğulayır ki, bu məsələlər dövlət səviyyəsində hansısa inzibati yolla tənzimlənərsə, yas mərasimlərindəki mənasız ənənəyə də son qoyular.

Azərbaycan İlahiyyat İnstitutunun dosenti, ilahiyyatçı-alim Elvüsal Məmmədov da vurğulayır ki, Azərbaycanda yas mərasimləri zamanı müşahidə olunan bəzi adət-ənənələr İslamın əsas prinsipləri və şəriət qaydalarına tam uyğun gəlmir: "Bu ənənələr arasında ən çox yayılan və təhrifə uğramış məqamlardan biri də ilk üç gün ərzində ehsan süfrələrinin açılmasıdır. İslam şəriətində belə bir tələb və ya göstəriş yoxdur. Bu adət əsasən Azərbaycanda və bəzi digər az sayda müsəlman ölkələrində formalaşıb”.

İlahiyyatçı deyir ki, hər hansı bir dini adətin İslamla uyğun olub-olmadığını müəyyənləşdirmək üçün ilk növbədə Peyğəmbərimizin həyatına və tətbiq etdiyi dini qaydalara baxmaq lazımdır: "Çünki o, Allahın vəhylərini və dinin əsaslarını ən kamil şəkildə həyatına tətbiq edib. Peyğəmbərin sünnəsinə nəzər saldıqda, yas süfrələrinin təşkili ilə bağlı bu şəkildə bir nümunəyə rast gəlmirik. Əksinə, bu cür israf və təmtəraqlı mərasimlər peyğəmbər tərəfindən qadağan olunub. Bununla yanaşı, peyğəmbər vəfat edən şəxsin ailəsinə şəfqət və dəstək göstərilməsini tövsiyə edirdi. O bildirirdi ki, bu ailəyə yaxınları və qonşuları tərəfindən yemək bişirilib göndərilməlidir. Çünki dəfn prosesi və başsağlığı mərasimləri ailə üçün həm fiziki, həm də emosional cəhətdən ağırdır. Ailə üzvləri dərd içində olduqları və vaxt baxımından çətinlik çəkdikləri üçün onların bu yükdən azad olunması məqsədəuyğundur. Peyğəmbərin bu tövsiyəsi həm də uzaqdan başsağlığına gələn qonaqların qida ehtiyacının təmin olunmasına yönəlib. Onların ac qalmaması üçün yeməklərin ailə tərəfindən deyil, qonşular və yaxınlar tərəfindən təqdim olunması daha doğru sayılır. Bu baxımdan, vəfat etmiş şəxsin ailəsinin ilk üç gün ərzində ehsan süfrəsi təşkil etməsi nəinki vacib deyil, əksinə, İslamın mahiyyəti və peyğəmbərin göstərişləri ilə uyğunlaşmır. Bu, ailəyə əlavə yük və israf hesab olunur, şəriət baxımından təşviq edilmir”.

Vəfat etmiş şəxsin ailəsi tərəfindən digər günlərdə təşkil olunan ehsan süfrələrinə gəldikdə isə, həmsöhbətimiz bildirir ki, burada əsas amil ailənin maddi vəziyyətidir: "Əgər ailənin imkanı varsa, bu ehsan süfrəsinin verilməsi şəriət baxımından qadağan edilmir. Lakin burada diqqət yetirilməli mühüm məqam var. Bu mərasimlərdə əsasən ehtiyacı olan, imkansız şəxslərin iştirakı təmin olunmalıdır. Çünki yeməklə edilən xeyirxahlıq, savab əməl ən çox məhz kasıblar üçün əhəmiyyət daşıyır. Digər tərəfdən, israfçılıq İslamda bəyənilməyən əməllərdəndir. Əgər imkanlı bir şəxs vəfat etmiş yaxınının adına zəngin süfrə açmaqla kasıbları sevindirmək istəyirsə, bu niyyət savab sayılır və ona qadağa qoymaq olmaz. Lakin bu addımlar dini zərurət kimi qəbul edilməməlidir. Təəssüf ki, bəzi bölgələrdə üç, yeddi, 40, hətta 52 mərasimlərinin keçirilməsi bir növ dini məcburiyyət kimi təqdim olunur. İnsanlar belə düşünürlər ki, bu mərasimlər keçirilməzsə, vəfat etmiş yaxınlarına qarşı hörmətsizlik etmiş olarlar. Bu isə dini savadsızlıqdan irəli gəlir”.

E.Məmmədov vurğulayır ki, bəzi dairələr və ya şəxslər bu cür adət-ənənələrin davam etməsində maraqlıdırlar: "Bu isə dini prinsiplərdən çox, sosial və ya maddi maraqlarla əlaqəlidir. Yaxşı olar ki, bu adət-ənənənin aradan qaldırılması istiqamətində yalnız maarifləndirici tədbirlərlə kifayətlənməyək, eyni zamanda qanunvericilik də bu məsələdə rol oynasın. Məsələn, müəyyən hüquqi tənzimləmələr tətbiq edilməklə, israfçılığın və dini məcburiyyət adı altında insanların maddi yük altına salınmasının qarşısı alınmalıdır”.

Mənbə: "Kaspi" qəzeti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyun 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see301

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see295

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see289

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see280

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see270

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see264

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see255

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see254

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see248

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see247

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see244

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see235

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see228

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see228

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see225

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see215

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see209

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see206

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri