Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

Ailələr üçün maddi yükə çevrilən ehsan: Dini öhdəlik, yoxsa sosial məcburiyyət? KONKRET

Ailələr üçün maddi yükə çevrilən ehsan: Dini öhdəlik, yoxsa sosial məcburiyyət? KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ənənəvi olaraq yas mərasimlərində ehsan süfrələrinin açılması, yemək verilməsi normal hal kimi qəbul olunur. Lakin bu adətin artıq mahiyyətindən uzaqlaşaraq formal hala gəlməsi, həm də ailələr üçün maddi yükə çevrilməsi ciddi suallar doğurur.

Azərbaycanda Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Sakinlər bildiriblər ki, yasda təkcə çay süfrəsinə icazə verilir. Əgər ehsan verilməsi aşkarlanırsa, vətəndaşlar cərimələnir. Tək Samuxda deyil, digər rayonlarda da bu qayda tətbiq edilir. Lakin bunun hüquqi çərçivəsi müəyyən edilməyib. Yəni, hansısa rayonda ehsana icazə verilməyib, digər rayonda bu qaydaların olmaması narazılıqlara səbəb olur. Ümumiyyətlə, yas mərasimlərində ehsan verilməsinin dini baxımdan hökmü nədir? Bu cür qadağaların tətbiqi üçün ölkə üzrə vahid hüquqi mexanizm olmalıdırmı?

KONKRET.az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

“Bu adət mahiyyətindən uzaqlaşıb”

Şərqşünas-alim Nəriman Qasımoğlu deyir ki, müsəlman cəmiyyətində ehsan anlayışı əksər hallarda yalnız yas mərasimləri ilə əlaqələndirilir: “Halbuki ehsan yaxşılıq etmək, gözəl davranmaq kimi İslamda daha geniş və dərin mənaya malikdir. Ənənəvi olaraq yas mərasimlərində süfrələrin açılması, yemək verilməsi normal hal kimi qəbul olunur. Lakin bu adətin artıq mahiyyətindən uzaqlaşaraq formal hala gəlməsi, həm də ailələr üçün maddi yükə çevrilməsi ciddi suallar doğurur”.

“İnsanlar yasa başsağlığı verməyə gəlməlidir, yeyib-içməyə deyil”

N.Qasımoğlu bildirir ki, İslamın ruhuna uyğun olaraq, yas mərasimləri mərhumun xatirəsini anmaq, ailəsinə mənəvi dayaq olmaq məqsədi daşımalıdır: “Bu baxımdan, yemək-içmək mərkəzli ehsan əvəzinə, ehtiyacı olanlara yardım edilməsi, məsələn, həmin yeməklərin uşaq evlərinə, ahıl şəxslərə və ya aztəminatlı ailələrə paylanması daha gözəl və savab bir əməldir. İnsanlar yasa təsəlli, başsağlığı, dəstək verməyə, dünyasını dəyişənlərin xatirəsini anmağa gəlməlidirlər, yeyib-içməyə deyil. Bunun üçün sadə çay süfrəsi də yetərlidir”.

Qadağaların ölkə üzrə tətbiqi məsələsinə gəldikdə isə, dinşünas alim vurğulayır ki, bu məsələlər dövlət səviyyəsində hansısa inzibati yolla tənzimlənərsə, yas mərasimlərindəki mənasız ənənəyə də son qoyular.

“İslam şəriətində belə göstəriş yoxdur”

Azərbaycan İlahiyyat İnstitutunun dosenti, ilahiyyatçı-alim Elvüsal Məmmədov da vurğulayır ki, Azərbaycanda yas mərasimləri zamanı müşahidə olunan bəzi adət-ənənələr İslamın əsas prinsipləri və şəriət qaydalarına tam uyğun gəlmir: “Bu ənənələr arasında ən çox yayılan və təhrifə uğramış məqamlardan biri də ilk üç gün ərzində ehsan süfrələrinin açılmasıdır. İslam şəriətində belə bir tələb və ya göstəriş yoxdur. Bu adət əsasən Azərbaycanda və bəzi digər az sayda müsəlman ölkələrində formalaşıb”.

“Peyğəmbər tərəfindən qadağan olunub”

İlahiyyatçı deyir ki, hər hansı bir dini adətin İslamla uyğun olub-olmadığını müəyyənləşdirmək üçün ilk növbədə Peyğəmbərimizin həyatına və tətbiq etdiyi dini qaydalara baxmaq lazımdır: “Çünki o, Allahın vəhylərini və dinin əsaslarını ən kamil şəkildə həyatına tətbiq edib. Peyğəmbərin sünnəsinə nəzər saldıqda, yas süfrələrinin təşkili ilə bağlı bu şəkildə bir nümunəyə rast gəlmirik. Əksinə, bu cür israf və təmtəraqlı mərasimlər peyğəmbər tərəfindən qadağan olunub. Bununla yanaşı, peyğəmbər vəfat edən şəxsin ailəsinə şəfqət və dəstək göstərilməsini tövsiyə edirdi. O bildirirdi ki, bu ailəyə yaxınları və qonşuları tərəfindən yemək bişirilib göndərilməlidir. Çünki dəfn prosesi və başsağlığı mərasimləri ailə üçün həm fiziki, həm də emosional cəhətdən ağırdır. Ailə üzvləri dərd içində olduqları və vaxt baxımından çətinlik çəkdikləri üçün onların bu yükdən azad olunması məqsədəuyğundur. Peyğəmbərin bu tövsiyəsi həm də uzaqdan başsağlığına gələn qonaqların qida ehtiyacının təmin olunmasına yönəlib. Onların ac qalmaması üçün yeməklərin ailə tərəfindən deyil, qonşular və yaxınlar tərəfindən təqdim olunması daha doğru sayılır. Bu baxımdan, vəfat etmiş şəxsin ailəsinin ilk üç gün ərzində ehsan süfrəsi təşkil etməsi nəinki vacib deyil, əksinə, İslamın mahiyyəti və peyğəmbərin göstərişləri ilə uyğunlaşmır. Bu, ailəyə əlavə yük və israf hesab olunur, şəriət baxımından təşviq edilmir”.

“İsrafçılıq İslamda bəyənilməyən əməllərdəndir”

Vəfat etmiş şəxsin ailəsi tərəfindən digər günlərdə təşkil olunan ehsan süfrələrinə gəldikdə isə, həmsöhbətimiz bildirir ki, burada əsas amil ailənin maddi vəziyyətidir: “Əgər ailənin imkanı varsa, bu ehsan süfrəsinin verilməsi şəriət baxımından qadağan edilmir. Lakin burada diqqət yetirilməli mühüm məqam var. Bu mərasimlərdə əsasən ehtiyacı olan, imkansız şəxslərin iştirakı təmin olunmalıdır. Çünki yeməklə edilən xeyirxahlıq, savab əməl ən çox məhz kasıblar üçün əhəmiyyət daşıyır. Digər tərəfdən, israfçılıq İslamda bəyənilməyən əməllərdəndir. Əgər imkanlı bir şəxs vəfat etmiş yaxınının adına zəngin süfrə açmaqla kasıbları sevindirmək istəyirsə, bu niyyət savab sayılır və ona qadağa qoymaq olmaz. Lakin bu addımlar dini zərurət kimi qəbul edilməməlidir. Təəssüf ki, bəzi bölgələrdə üç, yeddi, qırx, hətta 52 mərasimlərinin keçirilməsi bir növ dini məcburiyyət kimi təqdim olunur. İnsanlar belə düşünürlər ki, bu mərasimlər keçirilməzsə, vəfat etmiş yaxınlarına qarşı hörmətsizlik etmiş olarlar. Bu isə dini savadsızlıqdan irəli gəlir”.

“Hüquqi tənzimləmələr tətbiq edilməlidir”

E.Məmmədov vurğulayır ki, bəzi dairələr və ya şəxslər bu cür adət-ənənələrin davam etməsində maraqlıdırlar: “Bu isə dini prinsiplərdən çox, sosial və ya maddi maraqlarla əlaqəlidir. Yaxşı olar ki, bu adət-ənənənin aradan qaldırılması istiqamətində yalnız maarifləndirici tədbirlərlə kifayətlənməyək, eyni zamanda qanunvericilik də bu məsələdə rol oynasın. Məsələn, müəyyən hüquqi tənzimləmələr tətbiq edilməklə, israfçılığın və dini məcburiyyət adı altında insanların maddi yük altına salınmasının qarşısı alınmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 İyun 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see313

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see310

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see305

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see302

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see280

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see266

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see264

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see254

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see254

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see252

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see250

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see237

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see231

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see225

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see224

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see213

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see212

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see195

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri