“Ailəm və məktəbim” layihəsi başlayır
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
2026-2027-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ailəm və məktəbim” layihəsi çərçivəsində sistemli tədbirlər təşkil olunacaq.
"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində valideynlərin maarifləndirilməsi, onların məktəb həyatında iştirakının genişləndirilməsi və övladlarının təhsil-tərbiyə prosesinə daha fəal cəlb olunması istiqamətində müxtəlif tədbirlər, peşəkar mütəxəssislərin iştirakı ilə təlim və seminarlar, “Hər şey övladımız üçün” devizi altında maarifləndirici görüşlər keçiriləcək.
Layihə çərçivəsində müxtəlif peşə sahələrində çalışan valideynlərin həmin istiqamətlərə maraq göstərən şagirdlərlə görüşləri keçiriləcək, onların peşə təcrübəsi və həyat yolu barədə məlumatlar paylaşılacaq, həmçinin “Ailəmə minnətdaram” mövzusunda təşəkkür videosu və ya məktubu hazırlanacaq.
Valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün müxtəlif görüşlər, “Keçmişdən gələcəyə ailə dəyərləri” mövzusunda panel müzakirələr və birgə fəaliyyətlər təşkil olunacaq.
Qeyd olunan tədbirlərdə fərqlənən valideynlərin təltif olunması nəzərdə tutulub.Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdən ibarətdir.
Onu da qeyd edək ki, valideynlərin təhsil müəssisəsi ilə yaxından tanış olması, onların məktəbin tədris resursları və həyata keçirilən layihələr barədə məlumatlandırılması, infrastruktur, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflərinin alınması, qeyri-formal mühitdə məktəbin kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə keçirilən “Valideynin məktəbdə bir günü” layihəsinin davam etdirilməsi də nəzərdə tutulur.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 25 Sentyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















