Icma.az
close
up
RU
Ailənin böyüyü kimdir?

Ailənin böyüyü kimdir?

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Qadınlara baxış, qadınların üzərinə qoyulan vəzifə və öhdəliklər, habelə məsuliyyətlər zamanla dəyişib. Lakin dəyişikliklərə baxmayaraq, qadınlar hələ də məhdudiyyətlərə rast gələ bilirlər, sosial həyatda çətinlik yaşaya bilirlər. Qadınların sosial həyatda aktiv fəaliyyətdə olduğu cəmiyyətlər də var, qadağalarla üzləşdiyi cəmiyyətlər də.

Ölkəmizdə həm cəmiyyətdə, həm ailədə qadınların kişilərlə eyni nisbətdə qərar qəbul etmə prosesində iştirakının maneələrlə qarşılaşdığı vəziyyətlər də var. Bu maneələrin bəziləri sosial, bəziləri isə mədəni xarakter daşıyır. Ailə institutunda qadınların qərar qəbuletmə prosesində iştirakı bilavasitə ailədəki patriarxal quruluşun ölçüləri və qadınların statusu ilə bağlıdır.

Sosioloqlar deyir ki, ailə kiçik bir dövlətdir və o dövlətin daxilində münaqişə də olur, sülh də. Ailənin böyüyü yaş anlayışını ifadə etmir və ola bilər ki ailədə yaşca kiçik olan birinin fikirləri yaşı çox olanın fikirlərindən daha çox ağlabatan və obyektiv olsun. Kişilər adətən ailədə son sözü deməyə adət etdikləri üçün qadının yekun qərar qəbul etməsinə normal baxmırlar. Düzdü, qadına söz haqqı verilir, amma el arasında bir söz var, “xətrin qalmasın” deyə fikrini də soruşurlar. Lakin nəticə yenə də kişinin istədiyi formada olur.

Bizim cəmiyyətdə qadın olmağın üstünlüklər də var, çatışmazlığı da. Müsəlman ölkələrinin çoxunda olan qadın-kişi bərabərliyi problemi, gender məsələsi bizdə o qədər də qabarıq deyil. Azərbaycanın dünyəvi dövlət olması bu məsələdə böyük rol oynayır. Qadınların ailədə söz haqqına sahib olması məsələsi həmişə gündəmdə olan və çox müzakirə edilən mövzudur. Düzdür, bizim cəmiyyətdə də çatışmazlıq çoxdur, amma qadınların ailədə söz haqqına sahib olması və fikirlərinin önəmsənildiyini də bilirik.

Amma bir çox ailədə olan böyük və ya kiçik məsələlər çox vaxt cəmiyyətin gözündən uzaq baş verir. Qadının ailədəki statusu çox vaxt ətrafının xəbərdar olmadığı məsələdir. Kənardan baxınca hər şeyin qaydasında olduğunu düşünənlər sonra ailənin problemlərinə şahid olurlar. Ailədə alınan vacib qərarlarda söz haqqına sahib olan qadınlar da var, bir cümlə deməyə ixtiyarı olmayanlar da. Hətta söz haqqı istədiyi görə zorakılığa məruz qalanlar da var. Bəzi ailələrdə hələ də “qadının yeri mətbəxdir” düşüncəsi hakimdir.

Qələminə hörmət etdiyim yazarlardan birindən bu məsələni soruşdum, xanımına ailədə söz haqqı verdiyini söylədi, amma heç vaxt onun sözlərini ciddiyə almadığını da dedi. “Onun söylədiyi ümumi vəziyyətin xeyrinə olsa belə?” deyə soruşdum, “öz qərarımın səhv olduğunu bilsəm də, onun qərarı ilə oturub durmaram” dedi. “Səbəb?” deyə soruşdum, “qadının ağlı ilə oturub-durmaq zəiflikdir” dedi.

Bu cür düşünən kişilərimiz çox deyil, amma az da deyillər. Bir yazarın,ziyalının bu cür düşünməsi də ayrı bir problemdir. Əksər kişilərə görə, ailənin bir “rəisi” var, o da kişidir. Cəmiyyətdə ümumi bir rəy formalaşır ki, qadın yalnız biş-düşlə, uşağın tərbiyəsi ilə, evin səliqə-səhmanı ilə məşğul olmalıdır, qərarlar isə kişilərin öhdəsindədir.

Düzdür, feministlərin sayı artdıqca cəmiyyətin baxış bucağı da dəyişir. İndi qadınlar özlərinin tək ailədə yox, cəmiyyətdə önəmli statusa malik olduğunu sübut edirlər. İndi qərarlar birlikdə alınır, amma çox kişi buna yenə etiraz edir və beləcə boşanma yoluna qədəm qoyulur. Burda düşünməmək olmur, bəlkə elə söz sahibi olan qadınların ilk addımı boşanmaq olur?

Bir çox hallarda ailədə qadının fikri ona görə əhəmiyyətsiz hesab edilir ki, həyat yoldaşından yaşda kiçik olur. Ola bilər qadın ərindən 5-10 yaş kiçik olsun, amma problem olanda daha ağlabatan fikir irəli sürsün. Ola bilsin əksinə. Əsas olan verilən qərarın ailənin birliyinə xidmət etməsidir. Fərq etməz, qadın ya kişi. Onlar ayrılıqda yarımçıqdırlar və yalnız birlikdə bir ailəni qura bilərlər. Bunu anlayan bütün cütlüklər ailədə söz birliyi, əməli birlik nümayiş etdirirlər. Qısa desək, ailənin böyüyü ikiliyin yaratdığı birlikdir və bu birlik ikiliyə ayrıldıqda ailədə həll edilməsi çətin olan psilxoloji problemlər yaranır.

Ailənin, dolayısı ilə bütün ailə fərdlərinin xoşbəxtliyini təmin etmək, sədaqətli olmaq, bir yerdə yaşamaq, həmrəy olmaq, ortaq büdcəyə sahib olmaq bir ailənin təməlində ən vacib addımlardandır.

Ailə bir institutdur, ər-arvadın birliyi bir məqsədə xidmət etməlidir – ailənin bütövlüyünə və xoşbəxtliyini birgə təmin etməyə. Onlar ata və ana olaraq uşaqlara qayğı, təhsil və nəzarəti birlikdə həyata keçirməyə borcludurlar. Həyat yoldaşları hər hansı bir məsələdə fərqli düşünə bilərlər, amma haqqın yolu bir olduğuna görə o düşüncələrin də ortaq məxrəci olur, ailə üçün ən yaxşı qərar nədirsə, o qəbul edilir. İki qoçun döyüşməsindən nə ailəyə, nə də cəmiyyətə fayda olmaz.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri