Icma.az
close
up
RU
Sağlam ailənin mənəvi təməli

Sağlam ailənin mənəvi təməli

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ataların qızlarına dəstəkçi münasibətlərinin sağlam ailədəki rolu” adlı maarifləndirici layihənin icrasına start verib. Bölgələrdə yaşayan aztəminatlı ailələrdə böyüyən gənc qızlar və onların ataları ilə aralarındakı ata–qız emosional münasibətlərindən bəhs edən layihənin icrasında təşkilatın üzvləri bir sıra bölgələrdə olub ailələrlə söhbətlər apacaq, əsasən atalarla həmsöhbət olub problemli mövzuları müzakirə edəcəklər.

İctimai birliyin sədri, müstəqil ekspert Nailə İsmayılova ilə görüşüb layihənin icrası ilə bağlı bizi maraqlandıran suallara cavab istədik. Öncə layihənin adı diqqətimizi cəlb etdiyindən soruşduq:

– Sağlam ailənin mövcudluğunda niyə məhz ataların rolunu araşdırırsınız?

– Son vaxtlar yetkinlik yaşına çatan və ya daha yuxarı yaşlarda qızlarla bağlı neqativ bir hadisə olanda, məsələn, qızlar təcavüzə uğrayanda və sair hallarda öncə valideyn nəzarətsizliyinə diqqət çəkilir. Belə mövzularla bağlı ailələrlə, yaxud qızların özləri ilə etdiyimiz söhbətlərdə aydın olur ki, qızların valideynləri, xüsusilə də ataları ilə münasibətləri yox dərəcəsindədir. Evdə kişi nüfuzu, kişi sözü bizim mentalitetdə həmişə üstün tutulub.

Qızların gələcək taleyində uğursuzluq olmaması məqsədilə məhz ata–qız münasibətlərinin araşdırılmasının vacibliyini düşündük və belə bir layihəyə start verdik. Layihənin əsas məqsədi atalar və qızlar arasındakı sosial-emosional münasibətlərin möhkəmləndirilməsi, bu münasibətlərin ailə içində daha sağlam, qarşılıqlı hörmət və dəstək üzərində qurulmasına şəraitin yaradılması, eyni zamanda, ataların qızlarına qarşı daha müasir və müsbət yanaşmalarla emosional və təhsil dəstəyi vermələri üçün maarifləndirici məlumatların çatdırılmasını təmin etməkdir.

– Layihənin icrasında hansı yaşda olan qızlarla ünsiyyət nəzərdə tutmusunuz?

– Layihədə hər bölgədən 14–18 yaş arasında olan gənc qızlarla bərabər, onların ataları iştirak edəcəklər. Layihə atalar və qızlar arasındakı münasibətlərə həsr olunduğundan çalışacağıq ki, tədbirlərdə əsasən atalar iştirak etsilər. Rayonlarda yaşayan insanların maddi durumunun nisbətən aşağı olduğu, yəni onların, əsasən, aztəminatlı təbəqə olduğunu nəzərə alaraq, hədəf qrupu kimi seçib daha aztəminatlı ailələrə üçtünlük veriləcək.

Layihəyə iyul ayının 1-dən start verilmiş və icrası 3 ay müddətində davam edəcək. Layihəni əsasən, İsmaıllı, Qəbələ və Goranboy rayonlarında icra etməyi düşünürük.

– Qohum evliliklərə qoyulan qadağa barədə fikrinizi də bilmək istərdik.

– Bildiyimiz kimi, qan qohumları arasında bağlanan nikahların mənfi nəticələri artıq geniş vüsət almağa başlamışdı. Məhz bunlar nəzərə alınaraq, dövlət tərəfindən illərdir bir sıra tədbirlər davamlı həyata keçirilirdi. Məlum olduğu kimi, artıq Nazirlər Kabinetinin qərarı ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə qaydası təsdiq edilib.

Sənədin icrası 13 dövlət qurumuna və 76 yerli icra hakimiyyətinə tapşırılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də komitənin tabeliyində olan Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən mütəmadi olaraq yeniyetmə və gənclərin, valideynlərin erkən evlilik və qohum evliliyinin mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran görüşlər keçirilib. Buna baxmayaraq ki, qohum nikahları aktual məsələlərdən biri olaraq qalır. Təbii ki, bu da ölkənin gələcək nəsillərinə və genofonduna mənfi təsir edirdi.

Son illər ərzində sağlamlıq problemləri ilə, irsi, genetik xəstəliklərlə, xüsusilə də anadangəlmə inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntuları ilə, talassemiya xəstəliyi ilə qeydə alınmış uşaqların sayında artım bu istiqamətdə ciddi tədbirlərin görülməsinin vacibliyini göstərirdi. Artıq qanun 2025-ci il iyulun 1-dən qüvvəyə mindi və bir çox məsələlərə aydınlıq gətirildi. Nəticə etibarilə bu qanun ailələrin sağlamlığına və həyat səviyyəsinə müsbət təsir göstərəcək.

Müsahibəni hazırladı:
Z.BƏŞİRQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see788

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see548

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see310

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see296

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see279

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see276

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see274

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see264

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see228

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see187

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see180

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see179

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see160

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri