Ailə,Qadın, Uşaq AKomitəsinin MƏLUMATI
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi azyaşlılarla bağlı məlumatların paylaşılmasında həssaslıq göstərilməsi ilə bağlı media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Bakıvaxtı.az-ın xəbərinə görə, Komitədən bildirilib ki, uşaqlarla bağlı ad, soyad, yaşadıqları ünvan, təhsil aldıqları müəssisə, ailə üzvləri və onların şəxsiyyətini müəyyən etməyə imkan verən digər məlumatların ictimailəşdirilməsi qanunvericiliyin tələblərinə ziddir və media etikasının əsas prinsiplərini pozur.
Qeyd olunub ki, uşaqlar cəmiyyətin ən həssas təbəqəsidir və onların hüquqlarının qorunması hər bir media subyekti və sosial şəbəkə istifadəçisinin birbaşa məsuliyyətidir. Məlumatların yayımı zamanı azyaşlıların təhlükəsizliyi, psixoloji rifahı və gələcək həyatına mümkün təsirlər mütləq nəzərə alınmalıdır.
Komitə bir daha vurğulayıb ki, etik normalara riayət edilməsi yalnız hüquqi öhdəlik deyil, həm də sağlam və məsuliyyətli cəmiyyətin formalaşmasına xidmət edən əsas dəyərlərdəndir.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 29 Aprel 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















