Icma.az
close
up
RU
Ailə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə...

Ailə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə...

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Martın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda ictimai dinləmə keçirilib.

SİA xəbər verir ki, komitənin sədri Hicran Hüseynova tədbiri açaraq bu il dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malik tarixi hadisələrin növbəti ildönümünün qeyd ediləcəyini bildirib. O vurğulayıb ki, 30 il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq referendum yolu ilə qəbul edilib. Beş il əvvəl isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq ərazi bütövlüyümüzü və suveren hüquqlarımızı bərpa edib.

Komitə sədri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. O, bununla əlaqədar olaraq keçiriləcək tədbirlər çərçivəsində rəhbərlik etdiyi komitə tərəfindən bugünkü ictimai dinləmənin təşkil edildiyini söyləyib.

Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən birinin də Azərbaycan Konstitusiyasının hazırlanması olduğunu vurğulayıb. Komitə sədri dövlətimizin Əsas sənədində nikah və ailənin dövlətin himayəsində olduğunu, ana, ata, uşaq hüquqlarının qanunla mühafizə edildiyini deyib. Diqqətə çatdırılıb ki, Konstitusiyanın müddəaları əsas tutulmaqla 2000-ci ildə Ailə Məcəlləsi qəbul olunub və ailə üzvlərinin hüquq və vəzifələri müəyyən edilib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsbit edilir.

Hicran Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmiz hərtərəfli və sürətli inkişaf edir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib. O, müasir Konstitusiyada qadın hüquqlarının əsas prioritetlərdən biri olduğunu söyləyib. Komitə sədri, eyni zamanda, 1978-ci ilin Konstitusiyasının qəbulunda Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu vurğulayaraq, bir sıra yeniliklərin olduğunu və ilk dəfə qadın hüquqlarının, ailə məsələlərinin öz əksini tapdığını qeyd edib. Ailənin dövlət tərəfindən müdafiə olunduğu, nikahda qadın və kişi bərabərliyi, uşaq hüquqlarının müdafiəsi ilə bağlı müddəaların təsbit edildiyini söyləyib.

Əli Hüseynli 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın həm Konstitusiya qanunları, həm də referendum yolu ilə daha da inkişaf etdiyini və 2016-cı ildə keçirilmiş referendum nəticəsində Azərbaycanda Prezident idarəetmə üsulunun möhkəmləndirildiyini, vitse-prezident institutunun yaradıldığını diqqətə çatdırıb.

Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətimizin hüquqi dayaqlarının möhkəmləndirilməsi, qanunun aliliyinin və Konstitusiya dəyərlərinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının müddəalarının üçdə bir hissəsinin məhz insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə həsr olunduğunu deyib. Bildirib ki, Konstitusiya Məhkəməsi öz qərarları ilə ailə dəyərlərinin qorunmasına, qadın və uşaqların hüquqlarının müdafiəsinə mühüm töhfələr verir.

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov çıxışında mövzunun vacibliyini qeyd edərək, ailədə təlim və tərbiyə prosesinin əhəmiyyətindən söhbət açıb. O, Konstitusiyada ailənin cəmiyyətin özəyi olaraq müəyyən edildiyini, nikah, uşaqla bağlı hüquqi münasibətlərə geniş yer verildiyini, o cümlədən ailə və uşaqların müdafiəsinin birbaşa dövlətin himayəsində olduğunu söyləyib. Ölkəmizdə bu sahədə çoxsaylı qanunların, habelə beynəlxalq müqavilələrlə bağlı sənədlərin qəbul edildiyini, islahatların bu gün də davam etdirildiyini, qanunvericiliyin təkmilləşdirildiyini bildirib. Nazir müavini Ədliyyə Nazirliyinin də ailə, qadın və uşaq hüquqları ilə bağlı məsələlərə dair üzərinə düşən vəzifələri yerinə yetirdiyini qeyd edib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək vurğulayıb ki, ölkəmizdə ailə, qadın və uşaq məsələləri sahəsində dövlət siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və Ulu Öndərin rəhbərliyi dövründə ailələrin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülüb. Bildirilib ki, Prezidentin ölkəmizdə 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi bu sahədə aparılan islahatların daha da dərinləşməsinə töhfə verir. Sərəncamda insan hüquqlarının təmin edilməsinin və sosial rifahın yüksəldilməsinin dövlət siyasətinin əsas istiqamətləri kimi göstərildiyini deyən Anar Bağırov bu baxımdan ailə institutunun qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin və müvafiq dövlət proqramlarının icrasının xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.

İctimai dinləmədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, üzvləri Müşfiq Məmmədli, Günay Ağamalı, deputat Azər Allahverənov, Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Tahirə Allahyarova mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. Çıxışlarda ailə institutunun möhkəmlənməsinin, gender bərabərliyinin təmin edilməsinin daim dövlətimizin diqqətindəolduğu bildirilib. Ailə dəyərlərinin möhkəmləndirilməsinin, ailənin sosial-iqtisadi rifahının təmin olunmasının, ailədaxili sağlam mənəvi mühitin formalaşmasının, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlərə əsaslanmasının ümumilikdə cəmiyyətin inkişafında mühüm rolundan bəhs edilib.

Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Mart 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri