“Air Astana” Yaxın Şərqə bütün aviareysləri ləğv edib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astana, 28 fevral, AZƏRTAC
“Air Astana” aviaşirkəti İran hava məkanının bağlanması və bölgədəki qeyri-sabit vəziyyət səbəbindən Yaxın Şərq uçuşlarında dəyişikliklər elan edib.
AZƏRTAC aviaşirkətin məlumatına istinadla xəbər verir ki, Almatı və Astanadan Mədinə, Dubay və Dohaya reyslər uçuşların başladığı hava limanlarına qaytarılır. Bəzi uçuşlar digər şəhərlərə və ya alternativ hava limanlarına yönləndirilib. Fevralın 28-dən etibarən Yaxın Şərqə qalan uçuşlar ləğv edilib.
“Air Astana” vurğulayıb ki, 6 mart tarixinə qədər ödənişsiz əsasda yenidən bronlama və biletləri alış nöqtəsinə geri qaytarmaq mümkündür.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:Müharibə bütün Yaxın Şərqə yayılacaq KONKRET
02 İyun 2026 20:13
“Air Astana” Bakıdan yay uçuş proqramını genişləndirir
01 May 2025 12:54
“Air Astana” əlavə Bakı Almatı aviareysi açacaq
03 Mart 2025 16:08
Diqqət Yaxın Şərqə
26 İyun 2025 09:56
“Air Astana” aviaşirkəti Atıraudan Bakıya birbaşa üçuşlara başlayır
15 May 2025 11:24
Baxış sayı:121
Bu xəbər 28 Fevral 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















