Icma.az
close
up
RU
Airbus A320 təyyarələrinə kütləvi geri çağırış: Minlərlə reys ləğv edilib

Airbus A320 təyyarələrinə kütləvi geri çağırış: Minlərlə reys ləğv edilib

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Airbus" dünyanın ən çox istifadə olunan dar gövdəli təyyarə ailəsi – "A320" seriyası üzrə tarixinin ən genişmiqyaslı geri çağırışlarından birini elan edib.

Bizimyol.info xəbər verir ki, cümə günü yayımlanan təlimata əsasən, "A320" ailəsinə aid 6 min təyyarədə təcili proqram təminatı və ya avadanlıq dəyişiklikləri aparılmalıdır.

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) açıqlayıb ki, son hadisə zamanı müşahidə edilən güclü günəş radiasiyası uçuş idarəetmə kompüterinin məlumatlarını korlaya bilər. Bu isə təyyarənin sabitliyini və pilotların idarəetməsini riskə atır.

Problemin "ELAC" adlı uçuş nəzarət kompüterindən qaynaqlandığı bildirilir. Bu kompüter pilotun əmrlərini təyyarənin arxa hissəsindəki sükanlara ötürür və təyyarənin burun bucağını idarə edir.

Sənaye mənbələrinin bildirdiyinə görə, prosedurun başlanmasına "JetBlue" şirkətinin 30 oktyabrda Cancun–Nevark" reysi zamanı yaşanan qəfil eniş səbəb olub. Təyyarə 15-dən çox yaralı ilə dərhal Tampa hava limanına yönləndirilib.

Geri çağırış dünyanın demək olar bütün böyük daşıyıcılarına təsir edib:

"American Airlines": 480 "A320"dən 209-u təcili yeniləməyə ehtiyac duyur."Delta": Təxminən 50 "A321neo" təyyarəsində problem var."United":*6 təyyarə təsirlənib."Jetstar" (Avstraliya): 90 reys ləğv edilib, minlərlə sərnişin hava limanlarında ilişib qalıb."ANA və Peach" (Yaponiya): Cəmi 65 yerli reys ləğv edilib, daha çox ləğvlər mümkündür."Avianca" (Kolumbiya): Donanmanın 70%-i təsirlənib – 8 dekabra qədər biletlərin satışını dayandırıb.Filippin aviaşirkətləri: 40-dan çox reys təxirə salınıb.İngiltərə: BA yalnız 3 təyyarənin təsirləndiyini və əməliyyatlara ciddi təsir gözlənilmədiyini açıqlayıb.

Bəzi şirkətlər proqram yeniləməsini bir neçə saat ərzində tamamlayıb və uçuşları bərpa etdiklərini bildiriblər, lakin müəyyən sayda təyyarə daha uzunmüddətli avadanlıq dəyişiklikləri tələb edir.

"Airbus" bildirib ki, məsələ təhlükəsizlik məqsədilə dərhal həll edilməlidir. Şirkət, ELAC kompüterlərini istehsal edən "Thales"in sistemin texniki tələblərə cavab verdiyini desə də, problemin proqram təminatında olduğu qeyd edilir.

Aviasiya sənayesi artıq: texniki personal çatışmazlığı, təmir sexlərində yer azlığı və mühərrik təmirinə görə yüzlərlə təyyarənin aylardır yerdə qalması ilə mübarizə aparırdı. Bu geri çağırış isə təzyiqi daha da artırdı.

Hazırda dünyada 11,300-dən çox "A320" ailəsi təyyarəsi fəaliyyət göstərir. Onlardan 6,440-ı əsas "A320" modelidir, ilk uçuşu isə 1987-ci ildə həyata keçirilib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Noyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see173

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see127

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see123

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see123

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri