“Airbus” A320 nin problemini aradan qaldırdı
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Avropa konqlomeratı “Airbus” 6000-ə yaxın A320 təyyarəsində günəş radiasiyası nəticəsində yaranan problemi aşkar etdikdən sonra proqram təminatını yeniləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
“Bu problemdən potensial olaraq təsirlənən təxminən 6000 təyyarənin böyük əksəriyyəti artıq lazımi modifikasiyaları alıb. Biz aviaşirkət müştərilərimizlə işləyirik ki, qalan 100 təyyarənin xidmətə qayıtmasını təmin etmək üçün onların modifikasiyasına köməklik göstərək”, - məlumatda deyilir.
Qeyd edək ku, daha öncə “Airbus”, müəyyən edilmiş idarəetmə sistemindəki problemlərə görə A320 seriyalı təyyarələri üçün təcili proqram təminatı yeniləməsi edəcəyini açıqlamışdı. Şirkət tərəfindən aparılan təhlil nəticəsində məlum olub ki, intensiv günəş radiasiyası uçuşun idarə edilməsi üçün lazım olan məlumatları təhrif edə bilər. Bundan sonra dünyanın hər yerindən hava yolları uçuşların gecikmələri və ləğvləri barədə məlumat verməyə başlanılıb.
Bu mövzuda digər xəbərlər:“Airbus” A320 lərini geri çağırır − Uçuşlara təsir edəcək
29 Noyabr 2025 19:07
“Airbus A320” tarixdə ən çox istehsal edilən təyyarə oldu
07 Oktyabr 2025 15:00
Reuters : Airbus dünya üzrə A320 təyyarələrinin yarısını geri çağırır
29 Noyabr 2025 07:31
Onlarla Airbus A320 təyyarəsində yeni problem: Səhmləri kəskin ucuzlaşdı
01 Dekabr 2025 16:55
Airbus A320 təyyarələrinə kütləvi geri çağırış: Minlərlə reys ləğv edilib
29 Noyabr 2025 15:20
Baxış sayı:20
Bu xəbər 01 Dekabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















