Icma.az
close
up
RU
AISA və “Henley & Partners”in birgə təşkilatçılığı ilə beynəlxalq tədbir keçirildi

AISA və “Henley & Partners”in birgə təşkilatçılığı ilə beynəlxalq tədbir keçirildi

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 13-də “Excelsior” hoteldə “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi və “Henley and Partners” şirkətinin birgə təşkilatçılığı ilə “İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün innovativ iqlim maliyyələşdirmə təşəbbüsü” adlı beynəlxalq tədbir uğurla baş tutub.

“Qafqazinfo” xəbər verir ki, tədbirin əsas məqsədi COP29-un iqlim maliyyələşdirilməsi üzrə əsas mövzularını müzakirə etmək, İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinin (SIDS) və digər həssas ölkələrin dayanıqlıq təşəbbüslərinə investisiyaların cəlb edilməsində rol oynamaq, bioloji müxtəlifliyi qorumaq, innovativ maliyyə səfərbərliyi strategiyalarını irəli sürmək və iqlim dəyişikliyinin pisləşən qlobal təsirlərinə qarşı kollektiv məsuliyyəti gücləndirmək olub.

Tədbiri “Qlobal Humanitar Təşəbbüslər (HGI)” təşkilatının direktoru Enola-Qey Edvard açıb. O, iqlim maliyyəsinin əhəmiyyətini vurğulayaraq beynəlxalq ictimaiyyətin inkişaf etməkdə olan ölkələrə dəstəyinin zəruriliyini önə çəkib və maliyyə resurslarının artırılmasının vacibliyindən bəhs edib.

Nauru Respublikasının iqlim dəyişikliyi və milli davamlılıq naziri Asterio Appi çıxışında Naurunun iqlim dəyişikliyinə qarşı mübarizədə yaşadığı çətinliklərdən və bu sahədə innovativ maliyyə mexanizmlərinin əhəmiyyətindən söz açıb. O, bu maliyyə təşəbbüsünün, həmçinin Nauru İqtisadi və İqlim Davamlılığı Vətəndaşlıq Proqramının Cənubi Sakit Okean regionunda davamlılıq layihələrinə və ekosistemlərin qorunmasına dəstək baxımından əhəmiyyətli olduğundan bəhs edib.

Tədbirdə növbəti çıxışı Nauru İqtisadi və İqlim Davamlılığı Vətəndaşlıq Proqramı Ofisinin uyğunluq direktoru İsa Seouya edib. O, vətəndaşlıq proqramlarının davamlılıq təşəbbüslərinə dəstək üçün təmin etdiyi maliyyə imkanlarından bəhs edib, proqramın sadələşdirilmiş yolla həm Nauru, həm də ekoloji davamlılığa investisiya cəlb edərək töhfə verdiyini qeyd edib.

Maldivin keçmiş Prezidenti və Həssas İqlim Forumunun Baş katibi Məhəmməd Naşid çıxış edərək, kiçik ada dövlətlərinin qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizədə daha böyük maliyyə dəstəyinə ehtiyacı olduğunu vurğulayıb. O, beynəlxalq ictimaiyyətin bu ölkələrə maliyyə yardımlarını artırmasının vacibliyindən danışıb və kiçik ada dövlətlərinin üzləşdiyi iqlim təhdidlərinə diqqət çəkib.

“Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin sədr müavini Cabir Süleymanlı çıxışında qeyd edib ki, Prezident İlham Əliyev də inkişaf etməkdə olan kiçik ada dövlətlərinə Azərbaycanın dəstək göstərməsini mənəvi borc hesab edir. O, Azərbaycanın bu ölkələrə həm maddi, həm də siyasi dəstək verdiyini və bu istiqamətdə səylərin davam etdirildiyini qeyd edib. Sədr müavini, həmçinin bildirib ki, Azərbaycanın COP29-a sədrliyi dövründə kiçik ada dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirilir və onların səsinin yüksək səviyyədə eşidilməsi təmin edilir. O qeyd edib ki, bu yanaşma Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə həmrəyliyə və əməkdaşlığa verdiyi önəmi göstərir.

Tədbirin sonunda jurnalistlər üçün sual-cavab sessiyası keçirilib və müzakirə olunmuş mövzulara dair suallar cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Noyabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see278

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see231

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see218

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see184

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see181

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see179

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see149

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see145

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see143

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see137

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see135

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see133

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see131

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see129

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see128

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see127

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see125

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see122

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri