Ajda Pekkan gənc qalmağın sirrini açıqladı
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müğənni Ajda Pekkan gənc qalmaq üçün Tailanddan 1 milyon 200 min TL dəyərində xüsusi “gənclik iksiri” gətirtdiyi barədə iddialara yumorla cavab verib.
Musavat.com-un xəbərinə əsasən, Pekkan bu xəbəri təkzib edərək, “Gənc qalmaq üçün Tailanddan 1 milyon 200 min TL-yə gənclik iksiri gətirtməmişəm. İlla bir iksir istəyirsinizsə, verim”, – deyə bildirib.
Müğənni gənc və enerjili görünməsinin sirrini isə sadə həyat tərzi ilə əlaqələndirib. O, erkən yatdığını və gün ərzində təxminən 8 saat yatdığını söyləyib. Pekkan səhərlər ilıq suya bir çay qaşığı bəkməz əlavə etdiyini, daha sonra isə az miqdarda limon sıxaraq içdiyini qeyd edib.
Beləliklə, Ajda Pekkanın açıqlamasına görə onun “gənclik sirri” – nizamlı yuxu, günə ilıq su ilə başlamaq və sadə səhər rutinidir. Sənətçinin illərdir qoruduğu fit və enerjili görünüşü isə yenidən gündəmə gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 12 Avqust 2026 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















