Icma.az
close
up
RU
AK G7 krediti çərçivəsində Ukraynaya 1 milyard avro ayırıb

AK G7 krediti çərçivəsində Ukraynaya 1 milyard avro ayırıb

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Komissiyası (AK) Ukraynaya daha 1 milyard avro ayırıb.

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, vəsait G7-nin krediti çərçivəsində verilib və bu, dondurulmuş Rusiya aktivlərindən əldə edilən vəsait hesabına ödənilməlidir.

“Bu gün AK Ukraynaya Rusiyanın Avropa İttifaqındakı (Aİ) dondurulmuş dövlət aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək əlavə 1 milyard avroluq müstəsna makromaliyyə yardımı tranşı ayırıb. Bu, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri Aİ-nin ən böyük donor rolunu gücləndirir”, - bəyanatda deyilir.

Ümumilikdə makromaliyyə yardımı 18,1 milyard avro təşkil edir ki, bu da Aİ-nin G7-nin rəhbərlik etdiyi ERA təşəbbüsünə verdiyi töhfəni əks etdirir. Bu təşəbbüs çərçivəsində G7 Ukraynaya təxminən 45 milyard avro maliyyə dəstəyi verəcək.

Ümumilikdə Ukrayna bu il bu kredit çərçivəsində artıq Aİ-dən 4 milyard avro alıb.

Ukraynanın Baş naziri Denis Şmıqal ERA təşəbbüsü çərçivəsində Aİ-dən 1 milyard avro aldığını təsdiqləyib. Onun sözlərinə görə, bu, artıq Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilən ikinci tranşdır. Vəsaitlər dövlət büdcəsinin prioritet xərclərinə yönəldiləcək.

AK-dan qeyd edilib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Aİ ümumilikdə 140 milyard avroya yaxın yardım edib.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Mart 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri