G7 Rusiya aktivlərindən Ukraynaya 25,5 milyard dollar ayırıb
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci ildə "Böyük yeddilik" (G7) ölkələri dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına kreditləşdirmə sxemi çərçivəsində Ukraynaya 25.5 milyard dollar ayırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi və Avropa Komissiyasının məlumatları əsasında aparılan hesablamalarda qeyd olunub.
Bildirilir ki, ən böyük payı Avropa İttifaqı təmin edib - 15.8 milyard dollar. Kanadanın payı 3.4 milyard dollar, Yaponiyanın 3.3 milyard dollar, Böyük Britaniyanın isə 3 milyard dollar təşkil edib. İlk olaraq ötən ilin sonunda ABŞ maliyyə dəstəyi ayırsa da, Vaşinqtondan əlavə vəsaitin daxil olması qeydə alınmayıb.
Xatırladaq ki, oktyabrın 3-də yayılan məlumata görə, Ukraynaya dəstək məqsədilə dondurulmuş Rusiya aktivlərinin müsadirəsi baş verəcəyi halda Avropa İttifaqı ölkələri Rusiyada 266 milyard dollar itki ilə üzləşə bilər. Bu risk qarşılıqlı dondurulma ilə bağlıdır: Aİ ölkələri Rusiya iqtisadiyyatına 238 milyard dollar, İsveçrə 27.5 milyard dollar, Norveç isə 43 milyon dollar yatırmalı olardı.
Baxış sayı:67
Bu xəbər 03 Oktyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















