Batman qəbiristanlığında AK Partinin üzvü güllələnib
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Türkiyənin Batman şəhərinin qəbiristanlığında silahlı insident yaşanıb, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rayon İdarə Heyətinin üzvü Mehmet Direk öldürülüb.
Hurriyyet.media "Haber Global"a istinadən xəbər verir ki, Batmanın mərkəzindəki Güneykent məhəlləsində yerləşən Asri Qəbiristanlığında Mehmet Direk, oğlu Ercan Direk və qardaşı oğlu Bekir Direk odlu silahla vurulub.
Silah səslərinin eşidilməsindən sonra ətrafdakı vətəndaşlar vəziyyət barədə polisə məlumat veriblər.
Hadisə yerinə tibb və çox sayda polis qrupu göndərilib. Meyitlər Batman Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir, qaçan şübhəlilərin tutulması üçün Batman Polis İdarəsinin qrupları genişmiqyaslı əməliyyata başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 27 İyul 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















