AK qalmaqallı səs yazıları ilə bağlı Macarıstandan “izahat” tələb edir
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa Komissiyası (AK) aprelin 9-da Macarıstan hakimiyyətini Rusiyaya mümkün məlumat ötürülməsi ilə bağlı “çox narahatedici” xəbərlərə aydınlıq gətirməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Brüsseldə jurnalistlərlə söhbəti zamanı danışıb.
O bildirib ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu məsələni rəhbərlik səviyyəsində qaldırmaq niyyətindədir:
“Hesabatlar Aİ üzvünün (Macarıstan – red.) hakimiyyət orqanları tərəfindən Rusiya ilə əlaqələndirmənin narahatlıq doğuran ehtimalını vurğulayır ki, bu da Aİ-nin və bütün vətəndaşlarının təhlükəsizliyi və maraqlarına qarşı fəal şəkildə işləmək deməkdir. Bu, son dərəcə narahatedicidir və adıçəkilən hakimiyyət orqanları təcili olaraq öz hərəkətlərinə aydınlıq gətirməlidir”.
Xatırladaq ki, ötən ay dünyanın nüfuzlu media orqanları Macarıstanın xarici işlər naziri Peter Siyartonun rusiyalı həmkarı ilə qalmaqallı səs yazısını yayıb. Sözügedən səs yazısında macarıstanlı nazir Rusiyanın göstərişlərini yerinə yetirməyə hazır olduğunu təsdiqləyir.
Bir neçə gün əvvəl isə “Bloomberg” Rusiya Prezidenti Vladimir Putin ilə Macarıstanın Baş naziri Viktor Orbanın telefon danışığını yayıb. 2025-ci ilin oktyabrında baş tutan telefon danışığı zamanı Orban Putinə Ukrayna müharibəsində Moskvanın qalib gəlməsi üçün “istənilən şəkildə” kömək etməyə hazır olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:Çin hökuməti izahat tələb edir...
28 May 2025 23:53
Ermənistan Gürcüstandan izahat tələb edir
26 Fevral 2026 14:49
İran Yaponiyadan İZAHAT TƏLƏB EDİR
29 Avqust 2026 13:39
Onlar Macarıstandan bunu tələb edir, olmayacaq! Orban
23 Mart 2026 18:48
Kiyevin müttəfiqi izahat tələb edir Səbəb
28 Noyabr 2025 13:41
Baxış sayı:203
Bu xəbər 10 Aprel 2026 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















