İran Yaponiyadan İZAHAT TƏLƏB EDİR
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın xarici işlər naziri Abbas Əraqçi Yaponiyadakı Misava hərbi hava bazasında yerləşdirilən ABŞ-nin F-16 qırıcılarının İrana qarşı hücumlarda istifadə edilməsi ilə bağlı Tokionun mövqeyinə aydınlıq gətirilməsini istəyib.
Bakıvaxtı.az xəbər verir ki, Əraqçi bu barədə Yaponiyanın “Kyodo” xəbər agentliyinə açıqlamasında danışıb.
İran XİN rəhbəri bildirib ki, Yaponiyada sülh tərəfdarı olan ictimaiyyət hökumətdən ABŞ-nin ölkə ərazisindəki hərbi bazalardan necə istifadə etməsi ilə bağlı izahat tələb etməlidir.
“Sülhsevər yaponlar öz hökumətlərindən ABŞ-nin gördüyü işlərə görə izahat tələb etməlidirlər”, – Əraqçi deyib.
Onun sözlərinə görə, Misava bazasında yerləşdirilən F-16 qırıcılarının İrana qarşı zərbələrdə istifadə olunması ABŞ-nin xaricdəki hərbi obyektlərindən yalnız ev sahibi ölkələrin müdafiəsi üçün deyil, həm də öz hərbi siyasətinin həyata keçirilməsi məqsədilə istifadə etdiyini göstərir.
Daha əvvəl “UK Defence Journal” nəşri ABŞ-nin Yaponiyanın Aomori prefekturasında yerləşən Misava bazasındakı F-16 qırıcılarının İrana qarşı əməliyyatda iştirak etdiyini yazmışdı.
Nəşrin məlumatına görə, həmin qırıcılar mart və aprel aylarında Yaxın Şərqə yerləşdirilib.
Yaponiya rəsmiləri isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 29 Avqust 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















