Icma.az
close
up
RU
AK sədrindən Ukrayna ilə bağlı 3 variant

AK sədrindən Ukrayna ilə bağlı 3 variant

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az “Euronews” telekanalının əldə etdiyi məlumata istinadən xəbər verir ki, AK sədri noyabrın 17-də bununla bağlı Aİ liderlərinə məktub ünvanlayıb.
“İndi əsas məsələ Ukraynaya lazımi maliyyənin ayrılması üçün aydın öhdəliklərə tez nail olmaqdır və bu, dekabrda keçiriləcək Avropa Şurasının (AŞ) növbəti iclasında razılaşdırılacaq. Sözsüz ki, asan variantlar yoxdur. Avropa iflicə, qərarsızlığa və ya mövcud olmayan ideal və ya sadə həllər axtarışına dözə bilməz”, - Ursula fon der Lyayenin məktubunda deyilir.
AK sədri 2026-2027-ci illərdə Ukraynanın maliyyələşdirilməyə “xüsusilə kəskin” ehtiyac duyduğuna diqqət çəkir: Ukrayna ordusunun maliyyələşdirilməsi üçün 83,4 milyard avro, iqtisadiyyatın sabitləşdirilməsi və büdcə kəsirinin aradan qaldırılması üçün isə 55,2 milyard avro lazımdır.
Ursula fon der Lyayenin qiymətləndirməsi Beynəlxalq Valyuta Fondu (BVF) və Kiyev hakimiyyətinin proqnozlarına əsaslanır. Bu kontekstdə, Rusiyanın tammiqyaslı müharibəsinin 2026-cı ilin sonuna qədər başa çatacağı güman edilir, hərçənd bu, yalnız fərziyyədir. Sülh razılaşması üçün ilkin şərt hesab edilən atəşkəs barədə razılıq hələ də çətin məsələ olaraq qalır.
Poitico: “Kiyev Rusiyanın milyardlarını gözləyir” Bununla belə, AK sədrinin məktubunda Ukraynaya dəstək üçün üç əsas variantdan bəhs edilir:
- Aİ-yə üzv ölkələrdən ikitərəfli töhfələr şəklində 90 milyard avro. Yardım qrant kimi təqdim ediləcək və hər hansı əlaqəli faiz ödənişləri də daxil olmaqla Aİ üzvünün milli büdcəsində qeydə alınacaq.
- 90 milyard avro məbləğində birgə borc. Faizlər ya milli zəmanətlər, ya da Aİ-nin ümumi büdcəsi hesabına ödənilməlidir. Büdcə qanunvericiliyinə düzəlişlərin olunması yekdilliklə təsdiq tələb edəcək ki, bu da Macarıstanın Kiyevi maliyyələşdirməyə qarşı çıxması fonunda çətin məsələdir.
- Rusiyanın dondurulmuş aktivləri əsasında 140 milyard avro həcmində təzminat kreditləri. Kiyev yalnız Moskva dəymiş ziyanı ödəməyə razılaşdıqdan sonra bu krediti qaytarmağa borclu olacaq.
Ursula fon der Lyayenin təklifinə əsasən, ilk iki variant fiskal yükü artıracaq, çünki bu, maliyyə yardımı ya üzv dövlətin birbaşa nağd pul töhfəsi, ya da bazarlarda toplanan yeni vəsait hesabına gələcək.
Üçüncü variant - təzminat krediti bu ssenaridən kənara çıxır. Belə ki, Aİ üzvləri üçün əlavə xərclərə, yeni borclara səbəb olmayacaq və ya dövlət büdcəsinin gəlirlərinə təsir göstərməyəcək. Bunun əvəzində qalan vəsait Rusiyanın dondurulmuş aktivlərindən istifadə olunacaq ki, onların da böyük hissəsi Brüsseldəki “Euroclear” qiymətli kağızlar mərkəzi depozitarisində yerləşdirilib.
Lakin bu addımın potensial hüquqi nəticələrini nəzərə alan Belçika Rusiyanın aktivlərini müsadirə etməkdən qəti şəkildə çəkinir. Ölkə, Moskvanın məhkəməyə müraciət edəcəyi təqdirdə, Rusiyanın cavab tədbirlərindən qorunmaq üçün maksimum hüquqi müəyyənlik və yükün tam bölüşdürülməsi tələbini irəli sürüb. Yeri gəlmişkən, bu məsələ ilə bağlı ən azı Fransa və İtaliyanın da mövqeyi Belçikanın siyasəti ilə üst-üstə düşür. Bu reallıq isə, 3-cü variantın qəbul ediləcəyi ehtimalını, demək olar ki, sıfıra endirir.
Maraqlıdır ki, Aİ liderlərinə ünvanladığı məktubda Ursual fon der Lyayenin özü də potensial riskləri etiraf və “potensial yan təsirlər” barədə xəbərdarlıq edir.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Noyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri