Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 10 iyun, AZƏRTAC
Dünyada Azərbaycandan da zəngin neft və qaz ehtiyatlarına malik olan ölkələr var. Lakin onların istər iqtisadi, istərsə də siyasi vəziyyətləri heç də ürək açan deyil. Bəziləri silahlı münaqişəyə cəlb olunub, digərləri daxili siyasi mübarizə girdabına bataraq sərvətə nəzarəti ələ keçirmək üçün sabitliyi pozurlar. Üçüncülər isə ümumiyyətlə öz təbii ehtiyatlarını hasil edib bazara çıxarmaq hüququndan məhrum ediliblər. Bütün bunların fonunda, əsası Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan neft strategiyası Azərbaycanı inkişaf etdirərək bugünkü səviyyəyə gətirib çıxarıb.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandığı 1990-cı illərin əvvəllərində 20 faiz ərazisini itirdi, 1 milyon qaçqın ordusu yarandı, yoxsulluğun həddi 50 faizdən çox idi.
“Neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycana iri investisiyalar yatırıldı. Neft və qaz sənayesinə yatırılan investisiyalar minlərlə iş yerinin açılmasın büdcə gəlirlərinin artmasına və Azərbaycanın dünya bazarına neft və qaz çıxarması ilə müşahidə olundu. Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir. Vaxtı ilə sərmayəyə ehtiyacı olan Azərbaycanın SOCAR kimi neft şirkəti bu gün Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır. Bütün bunları nəzərə alaraq Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsinin, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin, Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisinin keçirilməsi və dünyanın müxtəlif ölkələrindən bu tədbirlərə minlərlə mütəxəssisin, dövlət rəsmisinin, biznes qurumlarının qatılması təsadüfi xarakter daşımır. Azərbaycan neft strategiyasından əldə etdiyi kapitalı səmərəli formada reallaşdırır. Bu gün dünyada cərəyan edən enerji keçidi prosesini yüksək səviyyədə və bir sıra dövlətlərə nümunə olacaq həddə həyata keçirir. Bunun üçün də Azərbaycanın potensialı güclüdür və dövlət bu potensialdan praqmatik siyasətlə faydalanamğa çalışır. Dənizdə külək, quruda Günəş enerjisinin xarici bazarlara çıxarılması istiqamətində işlər aparılır və xarici investisiyalar cəlb olunub. Artıq bəzi regionlarda alternativ enerji istehsal edilərək enerji dövriyyəsinə buraxılıb ki, bu da Azərbaycanın enerji sahəsində qazandığı uğurlardan xəbər verir”, - deyə akademik əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 10 İyun 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















