Akademik heyət üçün “AutoCAD” üzrə daxili sertifikasiya prosesinə start verilib AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tədris prosesində rəqəmsal alətlərin istifadə səmərəliliyinin artırılması və akademik heyətin peşəkar bacarıqlarının təkmilləşdirilməsi istiqamətində yeni təşəbbüsə start verilib.
Universitetdən AZƏRATC-a bildirilib ki, İKT Mərkəzinin Treyninq və sertifikatlaşdırma şöbəsi ilə “Autodesk” şirkətinin birgə əməkdaşlığı çərçivəsində “AutoCAD” layihələndirmə proqramı üzrə daxili sertifikasiya prosesi təşkil edilib. Sertifikasiya prosesinə mütəxəssis hazırlığı prosesində “AutoCAD” proqram təminatından istifadə edən bütün akademik heyət cəlb olunub.
Prosesin əsas məqsədi akademik heyətin “AutoCAD” proqramı üzrə peşəkar vərdişlərini artırmaq və “Autodesk” şirkətinin beynəlxalq dərəcəli sertifikatını əldə etmək üçün hazırlıq işlərini həyata keçirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 16 Yanvar 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















