Icma.az
close
up
RU
Akademik İsa Həbibbəyli Qazaxıstan parlamentinin deputatları ilə görüşüb

Akademik İsa Həbibbəyli Qazaxıstan parlamentinin deputatları ilə görüşüb

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fevralın 17-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Qazaxıstan parlamentinin deputatları ilə görüşüb.

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli son illərdə ölkələrimiz arasında əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yüksək dostluq, qardaşlıq münasibətləri sayəsində özünün ən yüksək dövrünü yaşadığını bildirib. Qeyd edib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də əlaqələr yüksək səviyyədə inkişaf edib. Azərbaycan Milli Elmlər Akademiyası bu gün qardaş Qazaxıstanın akademik elmi qurumları və ali təhsil müəssisələri ilə birgə sıx əməkdaşlıq edir. AMEA rəhbəri hər iki ölkənin alimlərinin birgə iştirakı ilə elmi konfransların, simpoziumların, layihələrin həyata keçirildiyini, tədqiqatların aparıldığını, monoqrafik əsərlərin ərsəyə gətirildiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidentinin Türk dünyasını bizim ailəmiz adlandıraraq prioritet istiqamət elan etdiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da da dövlət başçısının müəyyən etdiyi bu istiqamət üzrə Türk ölkələrinin elmi qurumları ilə əməkdaşlıq əlaqələri daha da genişləndirilir.

Sonra çıxış edən Qazaxıstan parlamentinin deputatı, parlamentin Elm və sosial-mədəni inkişaf Komitəsinin üzvü Altınbek Nuhulı qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkələrimiz arasında elm sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti, iki ölkə alimləri arasındakı elmi əlaqələrin perspektivləri barədə söhbət açıb.

Daha sonra qonaqlara kitab hədiyyələri təqdim olunub, xatirə şəkilləri çəkilib.

Görüşdən sonra qonaqlar AMEA Rəyasət Heyətinin tarixi binası ilə tanış olub, 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirildiyi AMEA-nın Böyük zalına baxıblar.

Görüşdə Qazaxıstan parlamentinin deputatı Sinkar İslam, parlamentin əməkdaşı Saltanat Ayubayeva və Qazaxıstanın Azərbaycandakı səfirliyinin əməkdaşı Arman Beksultanov da iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri