Icma.az
close
up
RU
Akademik İsa Həbibbəyliyə Rəsul Rza mükafatı təqdim edilib

Akademik İsa Həbibbəyliyə Rəsul Rza mükafatı təqdim edilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəsul Rzanın Ev-Muzeyində AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə Rəsul Rza mükafatı təqdim olunub.

Bu məqsədlə keçirilən tədbiri muzeyin direktoru Fidan Rzayeva giriş sözü ilə açaraq, yeni fəaliyyətə başlayan muzeydə ilk tədbirin 2025-ci il Rəsul Rza mükafatının akademik İsa Həbibbəyliyə təqdim edilməsi ilə keçirildiyini diqqətə bildirib.

Rəsul Rza Ədəbiyyat Ocağı İctimai Birliyinin sədri, Milli Məclis Sədrinin müavini akademik Rafael Hüseynov çıxış edərək Rəsul Rza tədqiqatlarına görə builki mükafatla AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təltif olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan ədəbiyyatşünaslıq elmində özünəməxsus dəst-xətti, əhəmiyyətli elmi tədqiqatları ilə seçilən akademik İsa Həbibbəyli Xalq şairi Rəsul Rzanın, həmçinin xalq şairi Nigar Rəfibəyli və xalq yazıçısı Anarın yaradıcılığı haqqında dəyərli tədqiqat əsərlərinin müəllifidir. Akademik İsa Həbibbəylini Azərbaycan ədəbiyyatşünalıq elminin görkəmli nümayəndəsi, bacarıqlı elm təşkilatçısı kimi xarakterizə edən akademik Rafael Hüseynov Rəsul Rza mükafatı ilə təltif olunması  münasibətilə AMEA rəhbərini təbrik edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatının tədqiqində böyük xidmətlərini xüsusi qeyd edərək xalq şairləri olan atası Rəsul Rza və anası Nigar Rəfibəyli yaradıcılığı barədə dəyərli elmi-tədqiqat əsərlərinə görə minnətdarlığını bildirib.

AYB-nin katibi yazıçı Elçin Hüseynbəyli də qiymətli elmi tədqiqatlarına görə Rəsul Rza mükafatı ilə təltif edilməsi münasibətilə akademik İsa Həbibbəylini təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra Rəsul Rza Ədəbiyyat Ocağı İctimai Birliyinin sədri, Milli Məclis Sədrinin müavini akademik Rafael Hüseynov 2025-ci ilin Rəsul Rza mükafatını AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə təqdim edib.

Tədbirin sonunda akademik İsa Həbibbəyli çıxış edərək xalq şairinin ocağında birinci tədbirin ona Rəsul Rza mükafatının təqdim olunması münasibətilə keçirildiyinə görə muzey rəhbərliyinə, dəyərli ədəbiyyatşünaslıq mükafatına layiq görüldüyünə görə Rəsul Rza Ədəbiyyat Ocağı İctimai Birliyinin sədri akademik Rafael Hüseynova və AYB-nın sədri, xalq yazıçısı Anara təşəkkürünü bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see294

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see243

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see227

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see208

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see208

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see197

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see190

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see182

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see181

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see142

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri