Icma.az
close
up
RU
Akademik İsa Həbibbəyliyə ədəbi məktub Qəzənfər Paşayev yazır

Akademik İsa Həbibbəyliyə ədəbi məktub Qəzənfər Paşayev yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

Hörmətli İsa müəllim,

İraqda yaşayan soydaşlarımızla hər dəfə əlaqə saxlayanda Sizi soruşur, salamlarını və xeyir-dualarını sizə çatdırmağı xahiş edirlər. Bu, təsadüfi deyil. Siz Azərbaycan-İraq Türkman ədəbi-elmi-mədəni əlaqələrinə töhfə verən alimlərdənsiniz.

12 iyun 2023-cü il tarixdə əlamətdar hadisə baş verdi. Təşəbbüsünüz və rəhbərliyinizlə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində "İraq Türkman Araşdırmaları Əlaqələndirmə Şurası"nın yaradılması barədə qərar qəbul olundu. Şuranın sədri akademik Teymur Kərimli, həmsədr professor Qəzənfər Paşayev təyin edildi.

Bundan sonra əlaqələrimiz təşkilatı status qazandı və onun daha geniş vüsət alması üçün çeşidli tədbirlər keçirməyə mənəvi stimul oldu.

2024-cü ilin may ayının 22-23-də Sizin və akademik Muxtar İmanovun təşəbbüsü ilə Mili Elmlər Akademiyasının Ədəbiyyat və Folklor İnstitutlarının, eləcə də Kərkük Kültür Dərnəyinin başqanı Dr.Şəmsəddin Küzəçinin təşkilatçılığı ilə İraq Türkman alimi, folklorşünaslıq və ədəbiyyatşünaslıq elminin bünövrəsini qoyan, hər iki sahədə məktəb yaradan görkəmli elm xadimi Əta Tərzibaşının anadan olmasının 100 illiyinə həsr olunmuş "İraq Türkman folkloru və ədəbiyyatı" adlı Beynəlxalq konfrans keçirildi. Konfransda Türkmanelindən və dünyanın başqa ölkələrindən 100-ə yaxın Türkman alimləri, yazıçı və şairləri, mətbuat, radio və televiziya nümayəndələri iştirak edirdilər. Folklor İnstitutunun "Dədə Qorqud" dərgisinin bir sayı (№2, 2024, 206 s.) bütövlükdə Əta Tərzibaşının yüz illiyinə həsr olundu.

Gün kimi aydın həqiqətdir ki, beynəlxalq konfransların keçirilməsi və məruzələrin çap olunması ədəbi-mədəni, elmi əlaqələrin ən yaxşı örnəyi, birliyimizin ən ümdə yoludur.

Sizin və Dr.Şəmsəddin Küzəçinin təşəbbüsü ilə AMEA-nın Mərkəzi Kitabxanasında "İraq Türkman ədəbiyyatı" bölümünün yaradılması və Ədəbiyyat İnstitutunda İraq Türkman ədəbiyyatı üzrə Orxan İsayevə dissertant yeri ayırmağınız, Şəmsəddin Küzəçiyə Ədəbiyyat İnstitutunun fəxri doktoru adı verməyiniz çox mətləblərdən xəbər verir.

22 aprel 2025-ci il tarixdə təşəbbüsünüz və rəhbərliyinizlə AMEA-nın Rəyasət Heyətində İraq Türkmanlarının XX əsrdə yetişdirdiyi dahi şəxsiyyət, Ulu öndərin dostu İhsan Doğramacının anadan olmasının 110 illiyi təntənəli şəkildə qeyd edildi. Yaxşı yadımdadır, yığıncağı açaraq İhsan Doğramacını görkəmli elm xadimi, şəxsiyyət kimi təqdim etdiniz. O dahi şəxsiyyəti əfsanə insan adlandırdınız. Akademik Əhliman Əmiraslanov İhsan Doğramacı haqqında məruzə etdi. Məruzəsini Doğramacının yaradıcılığına işıq tutan cümlə ilə bitirdi: "Dünyada səhiyyə və təhsil sahəsində elə bir zirvə yoxdur ki, Doğramacı fəth etməmiş olsun, elə bir mükafat yoxdur ki, almamış olsun". Akademiklər İradə Hüseynova, Misir Mərdanov Doğramacının səhiyyə sahəsində məktəb yaratdığından söz saldılar. Uzun müddət Türkiyədə səfir işləyən professor Məmməd Əliyev Doğramacının şəxsi keyfiyyətlərindən danışdı və Doğramacıya həsr etdiyi "Xoca bəy" kitabını zalda əyləşənlərə payladı.

Mən Ulu öndərlə Doğramacının dostluğundan söz açdım. Dedim ki, dağlar zirvələri ilə, xalqlar şəxsiyyətləri ilə tanınır. Bu iki dahi şəxsiyyət xalqımızı dünyada tanıtmaqda müstəsna xidmətlər göstəriblər - deyərək Ulu öndərin tarixi sözlərini yada saldım: "Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır".

İsa müəllim, İraq Türkmanları ilə milli birliyimizi, milli mənsubiyyətimizi, ortaq milli-mənəvi dəyərlərə sahib olduğumuzu dərindən duyan, bu sahədə əmək sərf edən, töhfələr verən alimlərimizdən biri Sizsiniz. Gördüyünüz işlər göz qabağındadır.

İraqlı soydaşlarımız eşidəndə ki, onlar haqqında kitablarıma ön söz olaraq yazdığınız məqalələri, eləcə də başqa alimlərin yazılarını toplayıb Kərkükdə, Ankara və Bakıda çap etdirmək qərarına gəlmişik, çox sevindilər. Səbirsizliklə kitabın əlyazmasını gözləyirlər.

Kitab möhtəşəm "Ziyalı fədakarlığına örnək", "Kərkükşünaslığın lideri", "Əməkdar elm xadimi Qəzənfər Paşayevin Bayatnaməsi", yetişdirməm, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevlə birgə yazdığım "İraq Türkman ədəbiyyatı tarixi" kitabına yazdığınız "İraq Türkman ədəbiyyatının ilk elmi salnaməsi" adlı ön sözünüzün hər biri bitgin əsərdir.

Hörmətli İsa müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycanda ədəbiyyatşünaslıq elminin taleyinə cavabdehlik missiyasını uğurla həyata keçirən Ədəbiyyat İnstitutunun baş direktoru kimi həddən artıq məşğul olduğunuz halda, vaxt tapıb haqqımda ürəkdən gələn xeyirxahlıqla yazdığınız çox maraqlı və sanballı məqalələrə görə sizə minnətdaram.

Xüsusən də Ulu öndərə və möhtərəm Prezidentimiz İlham Əliyevə həsr etdiyim "Xilaskarlar" kitabıma yazdığınız "Xilaskardan-Xilaskara"adlı ön sözə və "Hüseyn Kürdoğlunun poetik dünyası" adlı monoqrafiyama yazdığınız "Ədəbiyyatşünaslıqda faydalı örnək" adlı ön sözə görə sizə xüsusi minnətdarlığımı bildirirəm.

Təəssüf ki, sonuncu iki məqalə sırf Quzey Azərbaycanla bağlı olduğuna görə iraqlı soydaşlarımızla bağlı İraqda çap olunacaq kitabda yer alması məqbul sayılmaz. Yerdə qalan dörd məqalə isə yetərli deyildir. Odur ki, sizin məqalələrinizi, eləcə də Anar, Sabir Rüstəmxanlı, Bəkir Nəbiyev, akademiklər Rafael Hüseynov və Möhsün Nağısoylunun, professorlar Qasım Qasımzadə, Qənirə Paşayeva, Məhərrəm Qasımlı, Məmməd Əliyev, Nizami Tağısoylu və Dr.Orxan İsayevin məqalələrini birinci bölümdə, Bakıda işıq üzü görən kitablarımda çap olunan iraqlı soydaşlarımızdan Dr.Əbdüllətif Bəndəroğlu, Prof.Dr. Mahir Naqib, Prof.Dr.Süphi Saatçı, yazıçı Mövlud Taha Qayaçı, Dr.Mustafa Ziya, Dr.Şəmsəddin Küzəçi və başqalarının məqalələrinini, məqbul sayılsa, ikinci bölümdə verərik.

Kitaba ön söz kimi Sizin çox sanballı və əhatəli "Azərbaycan dünyası və Kərkük sevdası" məqalənizi verəcəyik.

İsa müəllim, elmi fəaliyyətimdə, xüsusən də iraqlı soydaşlarımızla bağlı çalışmalarımda mənə dayaq olduğunuzu hər an hiss etmişəm. Mən İraqda yaşayan, eləcə də siyasi rejim ucbatından pərən-pərən düşərək yad ölkələrə pənah aparan soydaşlarımız və şəxsən öz adımdan sizə minnətdarlığımı bildirirəm. Uzun illər indiki enerji və məhəbbətlə ədəbiyyatşünaslıq elmimizin inkişafına töhfələr verməyinizi arzu edirəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Dekabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri