Akademik Rafael Hüseynov Dəyirmanlı kənd tam orta məktəbinin şagirdləri ilə görüşüb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 20 fevral, AZƏRTAC
Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov muzeyin Xaqani Şirvani adına Aran regional filialında Kürdəmir rayonu Tahir İslamov adına Dəyirmanlı kənd tam orta məktəbinin şagirdləri ilə görüşüb.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Akademik klassik və müasir Azərbaycan ədəbiyyatını gənc nəslə sevdirmək, layiqincə tədris və təbliğ etmək, şagirdlərin intellektual düşünmə qabiliyyətini artırmaq, biliklərini zənginləşdirmək baxımından onlar üçün muzeylərə ekskursiya təşkil edilməsinin vacibliyini vurğulayıb. O, müasir dünya ədəbiyyatındakı yeniliklərdən, ədəbi cərəyanlardan danışıb, şagirdlərin suallarını cavablandırıb.
Daha sonra məktəblilər muzeydə ən qədim dövrdən indiyədək ədəbi prosesi əhatə edən materiallar və yeni eksponatlarla tanış olublar. Azərbaycanda müxtəlif dövrlərdə yaşamış görkəmli rəssamların, tanınmış heykəltəraşların hazırladıqları portretlər, ayrı-ayrı bədii əsərlərə çəkilmiş illüstrasiyalar, əlyazmalar, miniatürlər və kitablar onların marağına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:351
Bu xəbər 20 Fevral 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















