Icma.az
close
up
RU
“Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

“Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 8 avqust, AZƏRTAC

“AZCON Holding” şirkətlərindən olan ASCO-nun “Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmir edilib. Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən AZƏRTAC-a bildirilib ki, proses zamanı baş mühərriklər, braşpil, şpil qurğuları, nasoslar, boru sistemləri, elektrik avadanlıqları, heyətin yaşayış yerləri, sanitar qovşaqlar və yeməkxana təmir olunub. Həmçinin gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü sahələrində zədələnmiş sahələr və protektorlar dəyişdirilib.

Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, lövbər qurğuları və zəncirləri sazlanıb, helikopter meydançasının leyer çəpəri və drenaj (şpiqat) sistemi əsaslı təmir olunub.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni 3 dəst stasionar radiostansiyalar, 1 dəst girokompas və 1 ədəd yeni qəza radiomayakı (EPIRB) quraşdırılıb. Həmçinin gəmi yeni “İnmarsat-C” avadanlığı ilə təchiz olunub.

Təmirdən sonra dalğıc gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb.

“Akademik Tofiq İsmayılov” gəmisinin uzunluğu 91,8, eni 17 metrdir. DP sistemi ilə təchiz olunmuş gəmi 300 metrə qədər dərinlikdə dalğıc, 1000 metrə qədər dərin sahələrdə isə digər sualtı işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see319

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see181

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see142

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see141

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see135

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see132

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see128

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see127

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see126

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see124

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see122

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see122

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see122

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see120

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see118

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see117

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri