“Qaradağ” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 28 avqust, AZƏRTAC
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "Qaradağ" quru yük gəmisi əsaslı təmir edilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan proses çərçivəsində baş və köməkçi mühərrikləri, mexanizmlər, maşın şöbəsindəki nasoslar, hava kompressorlar, soyuducular, separatorlar, radionaviqasiya cihazları təmir olunub.
Bundan başqa, baş göyərtədə və maşın şöbəsində borular yenisi ilə əvəz olunub, gəmi üzrə gövdə qaynaq, avtomatika və elektrik-quraşdırma işləri görülüb.
Gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, üst qurum və maşın şöbəsi, eləcə də yük anbarları qapaqları ilə birlikdə təmizlənərək rənglənib.
"Qaradağ" quru yük gəmisinin heyətinə məxsus yaşayış və xidməti otaqları, sanitar-məişət yerləri də əsaslı təmir edilib.
İşlər başa çatdıqdan sonra "Qaradağ" dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi yenidən istismara qaytarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 28 Avqust 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















