Icma.az
close
up
RU
Akademik Zemfira Səfərova haqqında kitab nəşr edilib

Akademik Zemfira Səfərova haqqında kitab nəşr edilib

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Bu günlərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadənin akademik Zemfira Səfərovanın musiqişünaslıq fəaliyyəti və müasir Azərbaycan musiqi elminin inkişaf mərhələlərinə həsr olunan kitabı çapdan çıxıb. Kitabda Zemfira Səfərovanın həyat və elmi-təşkilatı fəaliyyətinin əsas mərhələləri, istiqamətləri barədə ətraflı məlumat verilib.

Ü.Talıbzadə bildirir ki, Azərbaycanda müasir musiqişünaslığın inkişafında elmin mühüm və aktual problemlərinin tədqiqatçısı görkəmli musiqişünas-alim, Əməkdar elm xadimi, sənətşünaslıq doktoru, akademik Zemfira Səfərovanın müstəsna xidmətləri var. Milli musiqişünaslığın ən qabaqcıl, zəngin zəminində yetişən Zemfira Səfərovanın musiqi elmi yaradıcılığı son dərəcə əhatəli və çoxşaxəlidir. Azərbaycan musiqişünaslığının bir sıra əsas istiqamətləri və problemləri onun tədqiqatlarında öz ifadəsini tapıb: "Z.Səfərovanın musiqişünaslıq fəaliyyətindən söz açarkən onun bir neçə əsas istiqamətini müəyyənləşdirmək olar - Üzeyirşünaslıq, mənbəşünaslıq, musiqi tarixi və nəzəriyyəsi. Lakin alimin geniş yaradıcılıq fəaliyyətinin mövzu və problematika çevrəsini yalnız bu məsələlərlə məhdudlaşdırmaq düzgün olmaz. Müasir milli musiqişünaslığın müxtəlif aktual problemləri, Azərbaycanın görkəmli bəstəkar və musiqiçilərinin yaradıcı portretləri, ölkənin musiqi həyatının önəmli məqamlarına həsr edilən, tədqiqat, məqalə və oçerklərində Zemfira Səfərova çağdaş musiqi sənəti, milli musiqi-nəzəri fikrin əsas istiqamətləri haqda konkret, aydın təsəvvür yaratmağa müvəffəq olub.  Alim elmi tədqiqatlarını musiqişünaslıq elminin müxtəlif yönlərinin, vasitələrinin əlaqələndirilməsi zəminində  aparır. 55-dən çox kitab, 300-dən artıq elmi məqalənin müəllifi olan Z.Səfərovanın yaradıcılığının tədqiqat dairəsi həm mövzu, həm  də zaman etibarilə olduqca genişdir. Azərbaycan musiqi elminin tarixi ilə bağlı apardığı tədqiqatlarla Z.Səfərova milli musiqişünaslığımızda mənbəşünaslığın əsasını qoyub, musiqi xadimlərimizin, musiqişünaslarımızın əsərlərini mətnşünaslıq prinsipləri əsasında ilk dəfə olaraq nəşr etdirib, Azərbaycan musiqişünaslığında orta əsr risalələrinin tədqiqi və təhlili metodologiyasına öz töhfələrini verib. Z.Səfərovanın yaradıcılığının mühüm hissəsi ölməz sənətkar Üzeyir Hacıbəyliyə həsr edilib. Azərbaycanda və dünyanın bir çox ölkələrində türk, ərəb, fars, rus, ingilis, fransız, macar, rumın, polyak və digər dillərdə nəşr edilən janr və üslub baxımından müxtəlif kitab və məqalələrində Z.Səfərova Ü.Hacıbəylinin musiqi və elmi irsini tədqiq edib, Üzeyirşünaslığı əsaslı şəkildə zənginləşdirib. O, Azərbaycanda və xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq konfrans və simpoziumlarda bəstəkarı fəal təbliğ edib".

Müəllifin sözlərinə görə, Z.Səfərova Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq F.Şirvaninin musiqiylə bağlı olan yeganə əsəri "Musiqi məcəlləsi" əsəri haqqında məlumatı, əsərin yaranması ilə bağlı önəmli tarixi faktları oxucuların diqqətinə təqdim edib. Z.Səfərovanın mənbəşünaslıq sahəsində apardığı qızğın və məqsədyönlü elmi axtarışları, gərgin tədqiqatları "Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)" kimi fundamental bir əsərin yaranması ilə zirvəyə çatıb. Bu monoqrafiyası ilə Z.Səfərova Azərbaycanda ilk dəfə olaraq 7-8 əsrlik musiqi elminin inkişaf yolunu tədqiq edib, unikal mənbələrin təhlili nəticəsində əldə etdiyi musiqi-nəzəri ümumiləşdirmələrə, elmi faktlara əsaslanaraq çox önəmli nəticələr ortaya qoyub: "Musiqi irsinin akademik nəşri. Z.Səfərovanın mənbəşünaslıq sahəsində həyata keçirdiyi ən mühüm, gərəkli layihələrindən biri də Ü.Hacıbəylinin musiqi irsinin nəşridir. O, Ü.Hacıbəylinin musiqi irsinin ilk akademik nəşrini həyata keçirib - "Leyli və Məcnun" operasının Partiturası - I cild, Klaviri - II cild, "Koroğlu" operasının Partiturası - 3 kitabdan ibarət III cild. Yüksək professionallığı, tələbkarlığı, hər bir işə xüsusi məsuliyyətlə yanaşması ilə seçilən Z.Səfərova Ü.Hacıbəylinin musiqi irsinin akademik nəşrinin bütün əziyyətini boynuna götürüb, əsərlərin ilk dəfə tənqidi mətnlərinin hazırlanması işinə rəhbərlik edib, külliyyatın cildlərinə "Ön söz" və elmi şərhlər yazıb. Əsərlərin yaranma və ifa tarixinə, musiqi dilinin, ədəbi-bədii mətn əsasının dərin təhlilinə həsr edilən bu şərhlərdə müəllif nadir arxiv sənədlərindən, məktublardan, tarixi əhəmiyyət kəsbedən xatirələrdən geniş istifadə edib. Nəticədə, hər iki əsərin səhnə həyatının da maraqlı tarıxçəsi işıqlandırılıb. Təsadüfi deyil ki, "Leyli və Məcnun" operasının partiturasına yazılan elmi şərhləri əsərin ensiklopediyası da adlandırırlar".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Mart 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see191

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see166

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see135

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri