Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

Konfrans Liqasının finalı öncəsi azarkeşlər arasında dava FOTO

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

Tramp Harvarda 30 gün vaxt verdi

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Telefonun batareyası ustanın əlində partladı VİDEO

Akademiyada təməl islahatlardan İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə

Akademiyada təməl islahatlardan İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Fevralın 20-də keçirilən AMEA-nın Ümumi Yığıncağında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” mövzusunda məruzəsi dinlənilib.

Akademik İsa Həbibbəyli bildirib ki, 35 gün sonra, martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyi tamam olur. Azərbaycan SSR Elmlər Akademiyası bu dövr ərzində çox çətin və şərəfli mərhələlərdən keçərək bizim günlərə gəlib çatmışdır. 

AMEA rəhbəri qeyd edib ki, Azərbaycan Tədqiq və Təbəbbö Cəmiyyətinin və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun 1923-1932-ci illəri əhatə edən fəaliyyəti Akademiyanın başlanğıc mərhələsi, SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsi və SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına çevrilməsi proseslərinin baş verdiyi 1932-1945-ci illər Akademiya quruculuğunun hazırlıq dövrü kimi səciyyələnir. Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunduğu 1945-ci ildən 1969-cu ilədək keçən dövr Akademiyanın yaranması və elmi-təşkilati əsaslarının formalaşdırılması mərhələsidir. 

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Sovet Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illərin ölkəmizdə Akademiya quruculuğunun intibah dövrü olduğunu deyən akademik İsa Həbibbəyli sonrakı 1983-1993-cü illərdə Azərbaycan cəmiyyətinin digər sahələrində olduğu kimi, Elmlər Akademiyasında da tədricən enmə və tənəzzülə meyl proseslərinin müşahidə edilməyə başlandığını, nəhayət, 1991-1993-cü illərdə böhran həddinə çatdığını söyləyib. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildən yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonrakı 2003-cü ilə qədərki mərhələ yenidən təşkilatlanma və Milli Elmlər Akademiyasının quruculuğu dövrü kimi tarixdə iz salıb.

Məruzədə qeyd olunub ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasına böyük uğurla rəhbərlik etməkdə davam etdiyi illər üzrə Akademiyanın inkişafını 2 mərhələyə - birinci, Akademiyanın modernləşdirilməsi dövrü – 2003-2022-ci illər və ikinci, Akademiyada 2022-ci ilin oktyabr ayından başlanan yeniləşmə və islahatlar mərhələsi kimi ayırmaq olar.

“Bütün tarixi mərhələlərdə Azərbaycan Elmlər Akademiyası həmişə Azərbaycan dövlətçiliyinin, ana dilimizin – dövlət dilimizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın və incəsənətimizin keşiyində dayanmış, Azərbaycanşünaslıq Mərkəzi funksiyasını yerinə yetirmişdir. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizdə fundamental elmin beşiyi və yaradıcısıdır. Fundamental elm ölkəmizin möhtəşəm elmi sərvəti olmaqla bərabər, həm də tətbiqi elmlər üçün ideyaların, proqnozların, təkliflərin mənbəyi, mənşəyidir. Bunsuz ümumiyyətlə elmi, o cümlədən də Azərbaycan elmini təsəvvür etmək olmaz. Bu gün də Milli Elmlər Akademiyası müstəqil Azərbaycan dövlətinin əsas Azərbaycanşünaslıq mərkəzlərindən biridir”, - deyə akademik İsa Həbibbəyli Ümumi Yığıncağın iştirakçılarının diqqətinə çatdırıb.

AMEA prezidenti Milli Elmlər Akademiyasında 2022-ci ildən etibarən bir çox əsas istiqamətlərdə yeniləşmə və islahatların həyata keçirildiyini, akademik elmdə məzmunca müstəqil dövlətimizin ön mövqeyə çıxardığı reallıqlara dair tədqiqatları daha da genişləndirmək və möhkəmləndirmək üçün addımların atıldığını söyləyib.

Bildirib ki, Karl Marksın formasiyalar nəzəriyyəsinə əsaslanan sovet dövrləşmə prinsiplərindən imtina edilib, svilizasiyaların inkişafı və ölkəmizin siyasi-tarixi reallıqlarına əsaslanan, Azərbaycançılıq üstündə köklənmiş dövrləşdirmə konsepsiyası işlənib hazırlanıb. Azərbaycan ədəbiyyatının, tarixin, milli-mədəniyyətimizin, Azərbaycan dilinin çoxəsrlik ortaq inkişaf mərhələləri müəyyənləşdirilib. Sovet cəmiyyətindən qalma siyasi-tarixi şəxsiyyətlərin unutdurulması metodologiyasının tam əksinə olaraq, elmimizə tarixi şəxsiyyətlərin, hökmdarların, sərkərdələrin, bu vaxta qədər qaçaq-quldur adlandırılan xalq qəhrəmanlarının həyatı, dövrü, mühiti, mübarizələri və ideyalarının əsaslı şəkildə öyrənilməsi əsas vəzifələrdən biri kimi bəyan olunub.

Həmçinin Azərbaycan elmi tarixində ilk dəfə olaraq milli fəlsəfə anlayışı elmi dövriyyəyə gətirilib, materialist fəlsəfə ilə yanaşı, idealist fəlsəfənin də öyrənilməsinin örnəkləri meydana qoyulub. Akademiyada sahə ensiklopediyaları yaradıcılığına start verilib, “Heydər Əliyev Ensiklopediyası” və “Qərbi Azərbaycan Ensiklopediya”sının hazırlanması istiqamətində əməli addımlar atılıb.

Beynəlxalq əlaqələrə də toxunan məruzəçi Akademiyanın 80 illik inkişafı tarixində ilk dəfə olaraq Beynəlxalq Elmi Şura, Beynəlxalq Akademiyalararası Tərəfdaşlıq Akademiyası, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası kimi təşkilatların üzvü olduğunu, həmin qurumların Baş Assambleyalarının rəhbər heyətlərinin seçkilərində səsvermə hüququna malik olan elmi təşkilat statusunda təmsil olunduğunu, elm sahəsində dünyada gedən prosesləri, yeni çağırışları yaxından öyrənmək imkanı qazandığını bildirib.

Bundan əlavə, Prezident İlham Əliyevin Türk dünyasının prioritetliyi haqqındakı çağırışlarının işığında Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi irsi və müasir fəlsəfəsi şöbəsi, Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni irsi şöbəsi, Əlyazmaları İnstitutunda Türk əlyazmalarının tədqiqi şöbələri yaradılıb: 

“Türk dünyasının təməl kitabı olan Mahmud Kaşğarinin “Divani luğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərəfindən orijinalından tərcümə edilmiş nadir əlyazma nüsxəsi 86 ildən sonra aşkar edilib, 3 cilddə çap edilməsi və xüsusən UNESCO-nun Baş iqamətgahında Türk dünyası ölkələrinin türkoloq alimləri ilə birlikdə təqdimatının keçirilməsi Akademiyanın 80 illik tarixinin ən əlamətdar hadisələrindən biridir.

Hazırda Türkiyə Elmlər Akademiyası ilə birlikdə Azərbaycan-Türkiyə ortaq proqramının, Qırğızıstan Elmlər Akademiyası ilə “Çingiz Aytmatov Ensiklopediyası”nın Azərbaycan cildinin sözlüyü, Özbək xalqına məxsus “Alpamış” dastanının tərcüməsi üzərində iş aparılması, 3 cildlik “Türk xalqları ədəbiyyatı”nın hazırlanmasına başlanılması Akademiyanın Türk dünyası ailəsi ilə həmrəyliyi və əməkdaşlığının inkişaf etməkdə olduğunu göstərməkdədir. Hazırda Akademiyada I Bakı Türkoloji Qurultayının 100 illiyinin keçirilməsinə hazırlıq işlərinə başlanılıb”.

Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış siyasətinə uyğun olaraq Akademiyada həyata keçirilən işlərdən danışan akademik İsa Həbibbəyli dərhal Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi, Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbələrinin fəaliyyətə başladığını və artıq həmin şöbələrin ilk elmi nəşrləri və konfranslarının meydana qoyulduğunu diqqətə çatdırıb.

Akademiyada geniş miqyaslı struktur islahatlarının aparıldığını bildirən AMEA prezidenti Azərbaycan dövlətinin inkişaf strategiyasına və milli prioritetlərinə uyğun olaraq, ayrı-ayrı elmi tədqiqat institutlarında bir sıra şöbələrin yaradıldığını, oxşar şöbələrin birləşdirildiyini söyləyib. 

Həmçinin AMEA-da yeniləşmə və islahatlar dövründə elektron hərəkata start verilib. AMEA Rəyasət Heyəti aparatında yaradılan “Elektron Akademiya” şöbəsi vasitəsilə Akademiyanın elmi bölmələrinə və elmi tədqiqat institutlarına aid 31 elmi jurnaldan 21-nin elektron bazası istifadəyə verilib. Akademiyanın tarixində ilk dəfə olaraq İnsan Resursları Elmmetrik Məlumatlar Bazası, Rəqəmsal Elmi İnformasiya Resursaları Sistemi yaradılaraq hər bir əməkdaşın elmi fəaliyyətinin elmmetrik reallığı və istinad göstəricilərinin müəyyən edilməsi mexanizmi formalaşdırılıb. Azərbaycan dilinin dil korpusunun işlənməsi sahəsində addımlar atılıb. Sözlərin Universal Funskionallıqla İşlənməsi sistemi əsasında SUFİ işlək robot modeli işə salınıb.

Türkiyənin TÜ­Bİ­TAK ULAK­BİM Der­gi­Par­kı­nın elmi jurnallar şəbəkəsinə Akademiyanın 3 elmi jurnalı daxil edilib. Bundan başqa, Akademiyanın ən müasir tələblərə cavab verən elmi jurnallarından ibarət Milli Elmlər Akademiyasının Dərgi Park Elektron jurnallar şəbəkəsi yaradılıb. Hazırda AMEA ilə TÜBİTAK-ın birgə işbirliyi əsasında elektron jurnalların vahid şəbəkəsi əsasında Türk indeksinin yaradılmasına doğru addımlar atılmaqdadır.

Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının təsdiq etdiyi Rəqəmsal İnkişaf Konsepsiyasının qarşıya qoyduğu tələblər əsasında Humanitar və İctimai Elmlər sferasında süni intellektdən və rəqəmsal texnologiyalardan istifadə edilməsi üçün əlavə tədbirlər hazırlanaraq həyata keçirilməkdədir.

O cümlədən vurğulayıb ki, Akademiyada yüksək inpakt faktorlu elmi jurnallarda əməkdaşların göstəricilərinin yüksəldilməsi üçün tətbiq olunan mükafatlandırma sistemi öz təsirini göstərmiş, nəzərəçarpacaq irəliləyiş müşahidə edilmişdir. Eyni zamanda, gənc tədqiqatçılarla aparılan işlərin də müsbət nəticələri hiss olunmaqdadır. Bu sahədə tətbiq edilən mükafatlandırma və rəğbətləndirmə tədbirləri nominasiyaları üzrə iddiaçılar baxımından rəqabət mühitinin artması müsbət təsir göstərib. 

“Bu ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə üzrə layiq gördüyü Gənclər mükafatçıları arasında Akademiyanın Arxeologiya və Antropologiya İnstitutunun gənc əməkdaşı Mircavid Ağalarovun da olması çox fərəhləndirici hadisədir və bu yüksək etimada görə dövlət başçımıza dərin minnətdarlığımızı bildiririk. Hər il olduğu kimi, bu il də Bakıda və Sumqayıtda təhsil alan 300 nəfərdən çox tələbə Akademiyanın müxtəlif elmi-tədqiqat institutlarında, Rəyasət Heyəti aparatında, Mərkəzi Elmi Kitabxanada təcrübə keçirlər. Biz bu işə elmlə təhsilin inteqrasiyası kimi xüsusi əhəmiyyət verir və lazım olan hər şərait yaradırıq”, - deyə akademik İsa Həbibbəyli gənclər istiqamətində görülən işlərdən danışıb.

Hazırda Milli Elmlər Akademiyasında daha genişmiqyaslı islahatlar dövrünə keçmək üçün hazırlıq işlərinin aparıldığını vurğulayan AMEA prezidenti bu gün Ümumi Yığıncaqda qəbul ediləcək “AMEA-nın 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin yeniləşmə və islahat proseslərinin yeni mərhələsinin proqramı və bələdçisi olacağını söyləyib: “Qeyd etdiyimiz kimi, Akademiyanın kollektivi 35 gündən sonra 27 mart 2025-ci il tarixdə tamam olacaq Milli Elmlər Akademiyasının 80 illik yubileyini 2025-ci il ərzində keçirilmiş məsuliyyətli və şərəfli yolun təcrübəsindən yaradıcı şəkildə istifadə etməklə, davamlı və dayanıqlı ənənələri inkişaf etdirməklə, eyni zamanda, dünya elminin müasir çağırışlarına və ölkə elminin qarşıya qoyulmuş məsul vəzifələri dönmədən həyata keçirməklə qarşılamaq inamı ilə fəaliyyətlərini uğurla davam etdirirlər. Göründüyü kimi, Azərbaycan Milli Elmlər Akademiyası yeniləşmə və islahatlar mərhələsinin inkişaf ritmləri içərisində fəaliyyətini davam etdirməkdədir”.

Akademik İsa Həbibbəyli məruzəsinin sonunda diqqətə çatdırıb ki, Azərbaycan alimləri, o cümlədən Milli Elmlər Akademiyasının kollektivi bundan sonra da dövlətimizin başçısının apardığı siyasəti ürəkdən dəstəkləyəcək, qarşıya qoyulan vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini və bacarıqlarını sərf edəcəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:597
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see142

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see121

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see116

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

29 May 2025 04:35see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see114

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

29 May 2025 08:14see113

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see113

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see113

Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

29 May 2025 09:02see113

Konfrans Liqasının finalı öncəsi azarkeşlər arasında dava FOTO

29 May 2025 08:27see113

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

29 May 2025 08:59see113

Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı

29 May 2025 06:03see112

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see111

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see110

Telefonun batareyası ustanın əlində partladı VİDEO

29 May 2025 02:50see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri