Icma.az
close
up
RU
AKAF COP29 ilə əlaqədar avarçəkmə yürüşü təşkil edib

AKAF COP29 ilə əlaqədar avarçəkmə yürüşü təşkil edib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı bulvarında aksiya keçirib.

Xalqcebhesi.az xəbər verir ki, “Təmiz suda avar çək!” devizi altında təşkil olunan yürüşə Beynəlxalq Avarçəkmə Federasiyasının (FISA) prezidenti Jan Kristof Roland, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və COP-29 üçün Azərbaycana gəlmiş 50-dən çox fəxri qonaq qatılıb.

Bu tədbirin COP29 çərçivəsində keçirilməsindən danışan gənclər və idman naziri Fərid Qayıbov təbiətin və təmiz suyun insanlar üçün faydalı olduğunu söyləyib: “Bu yürüşdə iştirak edən və iqlim dəyişikliyi ilə mübarizədə öz töhfəsini verməyə çalışan hər kəsə təşəkkür edirəm. İnanıram ki, burada iştirak hər birimiz üçün böyük təcrübə olacaq”.

Jan Kristof Roland COP29-un dünyanın ən böyük və önəmli tədbiri olduğunu bildirib: “Bildiyimiz kimi, idmanın bir çox növləri iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyət daşımalıdır. Bakı kimi gözəl şəhərdə olmaqdan çox məmnunam. Ümid edirəm ki, bu şəhər növbəti illərdə də belə vacib tədbirlərə ev sahibliyi edəcək”.

Daha sonra AKAF-la Çinin 13 şəhərində 22 su idmanı mərkəzini idarə edən və Çində ən böyük su idmanı xidmətləri təminatçısı olan “Deep Dive” (Dip Dayv) təşkilatı arasında memorandum imzalanıb. Bu memorandum çərçivəsində tərəflər Azərbaycanda və Çində avarçəkmənin inkişafına, sağlam həyat tərzinin təşviqinə, gənclərə dəstək göstərilməsinə və təmiz təbii mühitin qorunmasına yönəlmiş birgə fəaliyyət göstərəcəklər.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, “Təmiz suda avar çək” devizi altında keçirilən yürüşlər dünyanın 100-dən çox şəhərini əhatə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Noyabr 2024 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri