Icma.az
close
up
RU
AKAF COP29 ilə əlaqədar avarçəkmə yürüşü təşkil edib

AKAF COP29 ilə əlaqədar avarçəkmə yürüşü təşkil edib

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı bulvarında aksiya keçirib.

AZƏRTAC xəbər verir ki, “Təmiz suda avar çək!” devizi altında təşkil olunan yürüşə Beynəlxalq Avarçəkmə Federasiyasının (FISA) prezidenti Jan Kristof Roland, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və COP-29 üçün Azərbaycana gəlmiş 50-dən çox fəxri qonaq qatılıb.

Bu tədbirin COP29 çərçivəsində keçirilməsindən danışan gənclər və idman naziri Fərid Qayıbov təbiətin və təmiz suyun insanlar üçün faydalı olduğunu söyləyib: “Bu yürüşdə iştirak edən və iqlim dəyişikliyi ilə mübarizədə öz töhfəsini verməyə çalışan hər kəsə təşəkkür edirəm. İnanıram ki, burada iştirak hər birimiz üçün böyük təcrübə olacaq”.

Jan Kristof Roland COP29-un dünyanın ən böyük və önəmli tədbiri olduğunu bildirib: “Bildiyimiz kimi, idmanın bir çox növləri iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyət daşımalıdır. Bakı kimi gözəl şəhərdə olmaqdan çox məmnunam. Ümid edirəm ki, bu şəhər növbəti illərdə də belə vacib tədbirlərə ev sahibliyi edəcək”.

Daha sonra AKAF-la Çinin 13 şəhərində 22 su idmanı mərkəzini idarə edən və Çində ən böyük su idmanı xidmətləri təminatçısı olan “Deep Dive” (Dip Dayv) təşkilatı arasında memorandum imzalanıb. Bu memorandum çərçivəsində tərəflər Azərbaycanda və Çində avarçəkmənin inkişafına, sağlam həyat tərzinin təşviqinə, gənclərə dəstək göstərilməsinə və təmiz təbii mühitin qorunmasına yönəlmiş birgə fəaliyyət göstərəcəklər.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, “Təmiz suda avar çək” devizi altında keçirilən yürüşlər dünyanın 100-dən çox şəhərini əhatə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Noyabr 2024 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri