“Akıncı Kızılelma dan tarixi uğur F 16 təyyarəsini vurdu” + VİDEO
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma"daha bir tarixi sınağı uğurla tamamlayıb.
ürk Hava Qüvvələrinə məxsus iki "F-16" təyyarəsinin də iştirak etdiyi test zamanı "Kızılelma" milli "AESA" radar sistemi "Murad" vasitəsilə hədəf "F-16"-ya kilidlənib və həyata keçirilən simulyasiya atışında tam hədəfini uğurla vurub.
Tekirdağ Çorlu şəhərində yerləşən "AKINCI" Uçuş Təlim və Test Mərkəzindən havaya qalxan "Kızılelma" orta hesabla 15 min fut yüksəklikdə 1 saat 45 dəqiqəlik uçuş icra edib. Bu müddətdə pilotsuz döyüş təyyarəsi həm F-16-larla birgə uçuş həyata keçirib, həm də milli radar və mühimmat sistemlərinin inteqrasiyasını uğurla doğrulayıb.
Testin ən kritik hissələrindən biri də təyyarə, radar və raket arasında məlumat ötürmə mexanizminin sınaqdan keçirilməsi olub. "Kızılelma" hədəfə kilidləndikdən sonra "Murad AESA" radarının verdiyi anlıq mövqe, sürət və hədəf məlumatlarını "Gökdoğan" raketinə fasiləsiz şəkildə ötürüb.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 20 Noyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















