“Akıncı”lar Gürcüstana getdi
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-1302 təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğradığı Sqinaxi bölgəsinə gəlib.
Modern.az xəbər verir ki, bu barədə nazir özünü “X” sosial platforma hesabında yazıb.
Nazir təyyarənin qəzaya uğradığı ərazidə aparılan axtarış-xilasetmə əməliyyatları ilə maraqlanıb.
Türkiyə tərəfi, həmçinin hərbi yük təyyarəsinin qəzaya uğradığı əraziyə axtarış-xilasetmə qrupu və pilotsuz uçan aparatlar göndərib.
Məlumata görə, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) axtarış-xilasetmə qrupu da Gürcüstana yollanıb.
Qeyd olunur ki, təyyarə dağlıq əraziyə düşdüyündən xüsusi tipli xilasedicilər qrupu Gürcüstana yola düşüb.
Türkiyənin axtarış-xilasetmə işlərinə kömək etmək üçün “Akıncı” pilotsuz uçan aparatlarını işə saldığı, onların bir neçə saat ərzində axtarışlara qoşulacağı da qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 11 Noyabr 2025 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















