Akkord un keçmiş işçisinə məxsus şirkət 1 ildə 5,9 milyonluq sifariş alıb
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şamaxı Rayon İcra Hakimiyyəti Heydər Əliyev parkında tikinti təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Construction Business Group" MMC seçilib. Şirkətin qiymət təklifi 744 443,75 manat olub.
"Construction Business Group" MMC bu tenderdə qalib seçilməklə cari ildə qazandığı satınalma müsabiqələrinin sayını 13-ə çatdırıb. Bu müsabiqələr üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 5 639 812,70 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Construction Business Gorup” MMC 26 avqust 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1120 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 9, mənzil 21-də yerləşən şirkətin qanuni təmsilçisi Babayev Elmir Vaqif oğludur.
Elmir Babayev həm də şirkətin təsisçidir. Bu barədə "Construction Business Group” MMC-nin rəsmi internet səhifəsində qeyd edilib. Mediada gedən məlumatlara görə, Elmir Babayev əvvəllər "Akkord” şirkətində çalışıb.
Ondan əvvəl şirkətə Yusif Axundov rəhbərlik edib. O, ötən ilin sonunda vəzifəsindən ayrılıb.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 26 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















