Icma.az
close
up
RU
Deputata məxsus olduğu deyilən şirkət 1 ildə 7,2 milyonluq sifariş alıb

Deputata məxsus olduğu deyilən şirkət 1 ildə 7,2 milyonluq sifariş alıb

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Maliyyə Monitorinq Xidməti "Foriella" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo xəbər verir ki, şirkət qurumun mebel alışı ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 153 436,58 manatdır. Xidmət bu məbləğə işçi masası, rəis kreslosu, tumba,stul və bu kimi mebellər alacaq. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Foriella" MMC 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 000 000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 11, mənzil 4-də yeləşir. MMC-nin qanuni təmsilçisi İslamlı Fərman Fərrux oğludur.

"Foriella" MMC mebel sahəsində fəaliyyət göstərir və görünən odur ki, şirkətin işləri heç də pis getmir. 2025-ci ilin iyul ayına qədər "Foriella" MMC-nin nizamnamə kapitalı 80 010 manat idi. Artıq bu məbləğ 5 000 000 manata çatdırılıb. 

Mediada gedən məlumatlardan aydın olur ki, şirkət deputat Məşhur Məmmədova məxsusdur. Məşhur Məmmədovun mebel sahəsində fəaliyyət göstərən başqa bir şirkətin - "Embawood" MMC-nin də təsisçilərindən bidir. "Foriella" MMC-nin uğurlu fəaliyyətində, satınalma müsabiqələrində qalib seçilməsi Məşhur Məmmədov faktoru ilə izah edilir. 

Şirkət cari ildə 10 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 7 244 881,16 manatdır.

Seyid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri