AKP rəsmisi: Putinin də, Zelenskinin də güvəndiyi yeganə aktor Ərdoğandır
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hasan Basri Yalçın Rusiya–Ukrayna münasibətlərində Prezident Rəcəb Tayyib Ərdoğanın rolundan danışıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Yalçın hər iki ölkənin həm Rusiya, həm də Ukraynanın Ərdoğana böyük etimad göstərdiyini bildirib.
“Ukrayna məsələsinin həlli asan deyil. Hər bir atəşkəs razılaşması sadəcə növbəti mərhələyə keçid deməkdir. Müharibə davam edərkən tərəfləri silahlandırmaq doğru deyil. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da gözlənilən nəticəni verməyib. Tərəflər bir-birini sıxışdırmağa davam etsələr də, Türkiyənin mövqeyi aydındır. Biz, Türkiyə olaraq, sülhün təmin olunması üçün əlimizdən gələni etməyə çalışırıq. Hazırda həm Putinin, həm də Zelenskinin güvəndiyi yeganə aktor Ərdoğandır”, - o deyib.
Baxış sayı:75
Bu xəbər 25 Oktyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















